Qədim  tarixə və arxeologiyaya münasibət mədəniyyətini yaratmış alim

Professor İlyas Babayev öz dövrünün aparıcı alimlərindən biri idi. Leninqrad (Sankt-Peterburq) aspiranturasında aldığı təhsil gənc yaşlarından onun təbii alim bacarıqlarına ciddi təsir göstərmişdi. O öz müəllimləri ilə öyünürdü və tez-tez İqor Mixayloviç Dyakonovun adını çəkirdi. İlyas Babayev nəhəng erudisiyası və qədim yunan dilini bilməsi ilə seçilirdi. Bu dili o hələ aspirant olanda öyrənmişdi. Belə peşəkarlıq…