Arxeoloqun xatirəsi yad edildi

  AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda AMEA-nın müxbir-üzvü, mərhum professor İlyas Babayevin xatirə foto-portretinin təqdimatı tədbiri keçirildi. 01 mart 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda AMEA-nın müxbir-üzvü olmuş, mərhum professor İlyas Babayevin xatirə portretinin təqdimat mərasimi keçirildi.

İLYAS BABAYEV (1935-2017)

Ötən ilin dekabrında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix üzrə elmlər doktoru, professor İlyas Babayev dünyasını dəyişdi.   Vəfatından bir neçə həftə əvvəl alimin “1905.az kitabı” seriyasından “Numizmatika haqqında məqalələr toplusu” kitabı işıq üzü görmüşdü. Bu kitaba İlyas Babayevin Azərbaycan ərazisində aşkar edilmiş antik dövrə dair pullara həsr olunmuş məqalələri daxil edilib. Həmin tapıntılar sübut edir…