İlyas müəllimin kitaba, elmə olan marağı, məhəbbəti doğulub boya-başa çatdığı Xanəgah kənd sakinlərinin heç gözündən yayınmamışdır. Belə ki, mənə rəhmətlik atam danışardı: “Mən cüt öküzlərlə meşədən odun gətirərkən az qala İlyas müəllimə xəsarət yetirmiş olacaqdım, çünki İlyas müəllim kitabı maraqla və diqqətlə oxuduğundan kənardan gələn təhlükəni duymamışdı”. Atamın mənə həmişə tövsiyəsi o idi ki, oxuyarkən İlyas müəllim kimi oxuyum.

İlyas müəllim həqiqətən də düzgün, dəqiq, xeyirxah və diqqətli bir insan idi. Mən 1981-85-ci illərdə Lenin adına Azərbaycan Pedoqoji İnstitutunun (ADPU) Riyaziyyat fakültəsində oxuyarkən o, Tarix fakultəsində dərs deyirdi. Tarix fakültəsinin tələbələri İlyas müəllimin humanist, ədalətli bir müəllim olduğundan danışırdılar. Bu da məni həmin kənd sakini kimi instutda dərslərimin daha da yaxşı oxuyub, çalışmağıma həvəs göstərirdi.

Hal hazırda mən İlyas müəlimin oxuduğu Xanəgah kənd ümumi məktəbində müəllim işləyirəm. İlyas müəllimlə həmişə fəxr edirəm ki, o bizim kəndimizdə yaşayıb, oxuyub və elmin ən yüksək zirvəsinə ucalmışdır.

06.10.2018-ci il tarixində, Xanəgah kənd ümumi məktəbində, İlyas müəllimin xatirəsinə həsr edilmiş tədbirdə www. ilyas-babayev.az saytı  tərəfindən, məktəbimizin ən yaxşı  oxuyan şagirdinə  ‘‘İlyas Babayev təqaüdü’’  təqdim edildi.

Biz müəllimlər də şagirdlərimizə İlyas müəllimi nümunə göstəririk. İlyas müəllim kimi oxumağı tövsiyə edirik.

Allah ona rəhmət etsin, məzarı nurla dolsun!

Saleh Absəlimov,

Xanəgah kənd ümumi məktəbinin

riyaziyyat müəllimi

Leave a Reply