İ.Babayev, F.Knauss, C.Eminli, A. Mehnert, E. İskəndərov 2006-cı ildə fəaliyyətə başlayan ekspedisiyamız bu il 4-cü ildir ki, Şəmkir rayonunun Qaracəmirli kəndi yaxınlığında arxeoloji qazıntı işləri aparır. Bu il Almaniyadan qazıntılarda, ümumiyyətlə, 5 nəfər arxeoloq – Florian Knauss (Ausburq Universiteti, Münhen Muzeyi) – qrupun rəhbəri, Dr. Yurgen Baer (Heydelberq Universiteti), Florian Klauser (Münhen Universiteti), Andreas Mehnert…
2009-cu ildə Qəbələ arxeoloji ekspedisiyası 2 ay – iyun ayının 1-dən iyul ayının 31-nə qədər Qəbələ şəhərinin xarabalıqlarında arxeoloji qazıntı işlərini davam etdirmişdir. Son illərdə olduğu kimi bu ildə ekspedisiyanın qazıntı işlərini aparan fəhlələrin əmək haqqını SEBA (Seul-Bakı)-Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, ekspedisiyanın elmi işçilərinin ezamiyə xərclərini isə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ödəmişdir. Hesabat ilində…
İlyas Babayev Tarix elmləri doktoru, professor Məlum olduğu kimi, tarixi problemləri öyrənmək üçün yazılı qaynaqların əhəmiyyəti çox böyükdür. Lakin insan cəmiyyətinin yaşı üç milyon ilə yaxın olduğu halda ən qədim yazılı abidələr yalnız təxminən beş min il bundan əvvəl meydana gəlmişdir. Bu ən qədim yazılı abidələr də Mesopotamiya və Misirə aiddirlər. Başqa ölkələrdə isə yazıdan…