AZƏRBAYCANDA ARXEOLOGİYANIN MÜASİR VƏZİYYƏTİ NAİLİYYƏTLƏR, İMKANLAR, PERSPEKTİVLƏR

İlyas Babayev Tarix elmləri doktoru, professor Məlum olduğu kimi, tarixi problemləri öyrənmək üçün yazılı qaynaqların əhəmiyyəti çox böyükdür. Lakin insan cəmiyyətinin yaşı üç milyon ilə yaxın olduğu halda ən qədim yazılı abidələr yalnız təxminən beş min il bundan əvvəl meydana gəlmişdir. Bu ən qədim yazılı abidələr də Mesopotamiya və Misirə aiddirlər. Başqa ölkələrdə isə yazıdan…

BEYNƏLXALQ ŞƏMKİR-QARACƏMİRLİ ARXEOLOJİ EKSPEDİSİYASININ ÇÖL-TƏDQİQAT İŞLƏRİ HAQQINDA (Şəmkir rayonu)

İ.A.Babayev, Y. Qaqoşidze, F. Knauss, A. Balaxvantsev, E.Ə.İskəndərov, N.Ə.Alışov, F.Gutschke, M.Gutte, G.Wüsten -Leyderwald, C. Gentzsch, J. Schöweitz 2011-ci ildə ekspedisiya iyul aynın 21-dən avqust ayının 31-nə qədər çöl-tədqiqat işləri aparmışdır. Ekspedisiyanın elmi tərkibinə Azərbaycandan 3 nəfər: İlyas Babayev-ekspedisiyanın ümumi rəhbəri, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor, kiçik elmi işçilər Emil İskəndərov və Natiq Alışov;…

QƏBƏLƏ ARXEOLOJİ EKSPEDİYASI ANTİK QƏBƏLƏ DƏSTƏSİNİN ÇÖL-TƏDQİQAT İŞLƏRİ HAQQINDA (Qəbələ rayonu)

İ.A.Babayev, E.Ə.İskəndərov, N.Ə.Alışov, L.X. Mustafayev, R.İsmayılov 2005-ci ildən başlayaraq Qəbələ arxeoloji ekspediyası SEBA-Seul- Bakı- Azərbaycan- Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi ilə birgə qədim Qəbələ şəhər yerində arxeoloji qazıntılar aparır. 2009-cu ildən Qəbələdə aparılan arxeoloji qazıntılara Koreya Respublikasının müxtəlif universitet və elmi idarələrini təmsil edən arxeoloqların böyük bir qrupu da qoşulmuşdur. Hazırda beynəlxalq arxeoloji ekspedisiya…

Elmimizin ağsaqqalı

Arxeologiya və Etnoqrafiya İnstitutu yaranandan İlyas müəllim bizim şöbənin  (Azərbaycanın  Antik dövr arxeologiyası şöbəsinin) müdiri olub. Bu şöbə Azərbaycan tarixinin və mədəniyyətinin tədqiqində çox mühüm elmi və strateji əhəmiyyəti olan bir şöbədir. Şöbənin tədqiq etdiyi dövrün əvvəli əhəmənilər imperiyasının dağıldığı, sonu isə sasanilər imperiyasının yarandığı vaxta düşür. Makedoniyalı İsgəndərin yaratdığı böyük dövlətin siyasi təsiri şəraitində…

Arxeoloqun xatirəsi yad edildi

  AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda AMEA-nın müxbir-üzvü, mərhum professor İlyas Babayevin xatirə foto-portretinin təqdimatı tədbiri keçirildi. 01 mart 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda AMEA-nın müxbir-üzvü olmuş, mərhum professor İlyas Babayevin xatirə portretinin təqdimat mərasimi keçirildi.

QUBA RAYONUNUN XANƏGAH KƏNDİNDƏKİ ARXEOLOJİ ABİDƏLƏR

Azərbaycanın müxtəlif rayonlarında Xanəgah adlı bir neçə kənd vardır. Onların hamısı orta əsrlər dövrünə aid olub müsəlmanlığın sufi cərəyanın müqəddəslərinin iqamətgahları və türbələri ətrafında yaranmış, yarandıqları vaxtdan da ziyarətgahlara çevrilmişlər. Xanəgah adlı belə kəndlərin biri də Quba rayon mərkəzindən 24-27 km Cənubi-qərbdə Çağacuq çayı üstündə iki dağ yamacı arasında yerləşir. Bu kənd iki hissədən: Yuxarı…

Babam İlyas Babayevin xatirəsinə

18 yaşıma kimi hər ad günümü təbrik edən, məni elmə aşiq edən və yönləndirən, azadlığın nə olduğunu və nə qədər müqəddəs olduğunu başa salan, öyrədən, getdiyi hər ölkədən mənə hədiyyələr alan, hər fürsətdə mənə açıqca yazan, həyatımla maraqlanan, məni heç bir şübhə olmadan, istər uğurlu olum, istər uğursuz olum, sevən insan idi.

İlyas müəllimin əziz xatirəsinə

İlyas müəllimin kitaba, elmə olan marağı, məhəbbəti doğulub boya-başa çatdığı Xanəgah kənd sakinlərinin heç gözündən yayınmamışdır. Belə ki, mənə rəhmətlik atam danışardı: “Mən cüt öküzlərlə meşədən odun gətirərkən az qala İlyas müəllimə xəsarət yetirmiş olacaqdım, çünki İlyas müəllim kitabı maraqla və diqqətlə oxuduğundan kənardan gələn təhlükəni duymamışdı”. Atamın mənə həmişə tövsiyəsi o idi ki, oxuyarkən…