İ.A.Babayev, E.Ə.İskəndərov, N.Ə.Alışov,
L.X. Mustafayev, R.İsmayılov
2005-ci ildən başlayaraq Qəbələ arxeoloji ekspediyası SEBA-Seul- Bakı- Azərbaycan- Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi ilə birgə qədim Qəbələ şəhər yerində arxeoloji qazıntılar aparır.
2009-cu ildən Qəbələdə aparılan arxeoloji qazıntılara Koreya Respublikasının müxtəlif universitet və elmi idarələrini təmsil edən arxeoloqların böyük bir qrupu da qoşulmuşdur. Hazırda beynəlxalq arxeoloji ekspedisiya Qəbələ arxeoloji tədqiqatlarını davam etdirir.
2011-ci ildə Qəbələ arxeoloji ekspediyası İlyas Babayevin ümumi rəhbərliyi ilə mart ayının 28-dən iyun ayının 30-dək beynəlxalq tərkibdə fəaliyyət göstərmişdir.
Bu dövr ərzində ekspedisiya erkən antik şəhər yerində, son antik və ilk orta əsrlər dövrünə aid Səlbir sahəsində qazıntı işlərini aparmışdır.
Səlbir sahəsində 25 nəfərdən ibarət Koreya qrupu (onların sayı vaxtaşırı dəyişilmişdir) və onlarla birlikdə Azərbaycan nümayəndəsi tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli (ayrıca sahədə qazıntı aparmaqla) işləmiş, tədqiqatlara ümumi nəzarət ekspedisiya rəisi İ.Babayev tərəfindən həyata keçirilmişdir. Səlbir sahəsində 2011-ci ildə aparılan arxeoloji qazıntılar haqqında Koreya arxeoloqları və Ceyhun Eminli məlumat verirlər.
2011-ci ildə Antik Qəbələ dəstəsi aşağıdakı tərkibdə fəaliyyət göstərmişdir:
İlyas Babayev -ekpedisiya rəisi, AMEA -nın müxbir üzvü, tarix elmlər doktoru, professor, İradə Nəcəfova -böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru, Emil İskəndərov -kiçik elmi işçi (1-30 iyun), Natiq Alışov -kiçik elmi işçi, Laçın Mustafayev -aspirant, Rüstəm İsmayılov -aspirant, Azad Zeynalov – elmi işçi (1- 30 iyun), Bədircahan Əmrullah qızı -elmi işçi (28 mart-30 aprel), Aygün Məmmədova- Azərbaycan Milli Tarix Muzeyinin elmi işçisi (28 mart-30 aprel).
Dəstəmizin tərkibinə daxil edilən Azad Zeynalov paleolit dövrü üzrə mütəxəssis kimi ətraf ərazidə həmin dövrə aid abidələrin axtarışı ilə məşğul olmuşdur.
Antik şəhər yerində qazıntı işləri III və IV qazıntı sahələrində davam etdirilmişdir. III qazıntı sahəsində əvvəlki illərdə qazıntılar zamanı oval planlı 3 böyük ictimai binanın qalıqları aşkar edilmişdi. Bu vaxta qədər bütün Qafqaz, Yaxın və Orta şərqdə antik dövrə aid belə tikili qalıqları tapılmamışdır. Qəbələdə e.ə. III – b.e. I əsrlərə aid olan bu binalar bir qədər Qədim Yunanıstanın ippodromlarını, Romanın anfiteatrlarını və Misirdə İskəndəriyyə şəhərindəki məktəb binalarını xatırladır. Bu tikililərin tədqiqinin xüsusi elmi əhəmiyyəti vardır. Onlardan ən böyüyü, üzü Şərq tərəfə olmaqla Şimal-Cənub istiqamətində yerləşmişdir. Əvvəlki illərdə bu binanın ümumi ölçüləri müəyyənləşdirilmiş, onun şərq tərəfdə iki qapı yerinin olduğu məlum olmuşdur. 2011-ci ildə əlavə təmizləmə işləri aparılarkən bu binanın qərb tərəfə açılan bir ehtiyat qapısının yeri də aşkar edildi. Əvvəlki illərdə burada divarın dağıdıldığı güman olunurdu. Beləliklə, hazırda demək olar ki, binanın tam planı müəyyənləşdirilmişdir. Bu binanın içəridən ölçüləri 19,5 x 71 m-dir. Çay daşından hörülən bünövrəsinin eni 1,8 m, bu bünövrənin üzərində hörülən çiy kərpic divarın eni isə 1.6 m-dir.
Binanın 11 sütunu olmuşdur. Sütun yerləri binanın mərkəzində, cənub-şimal istiqamətində çay daşı topaları şəklində qalmışdır. Bu bünövrələr üzərində sütunkar, görünür, çiy kərpiclərlə hörülmüşdür.
İçəri tərəfdən binanın bütün divar boyu ona bitişik 2,2 m enində 1 qat çay daşı ilə hörülən səkisi vardır. Səkinin ümumi sahəsi 363 m2-dır. 11 sütunu olmuşdur. Müəyyən mərasimlər zamanı təkcə bu səkinin üstündə 500-dən çox adam otura bilərdi (şək.1). Bu bina qazıntının stratiqrafiyasına əsasən e.ə. I- b.e. I əsrlərinə aid edilir.
İkinci oval planlı tikili bu binadan şimal tərəfdə yerləşir. Onun çay daşından hörülən divar bünövrəsinin eni 2m, çiy kərpic divarının eni isə 1.8 m-dir. Bu binanın cənub tərəfə açılan yalnız bir qapısı olmuşdur. Binanın içəridən ölçüləri 8,1 x 38m-dir. Binanın sütunları olmamışdır. Bu bina, görünür e.ə. II-I əsrlərə aiddir. Bu binanın bütün qalıqları əvvəlki illərdə açılmışdır. Qazıntılar prosesində məlum olmuşdur ki, bu binadan cənubda daha qədim dövrə aid 3-cü oval planlı tikintisinin qalıqları yerləşir. Əvvəlki illərdə bu binanın yalnız Şərq tərəfinin bir hissəsi aşkar edilmişdir. Bu il isə həmin binanın qalıqlarının bütünlüklə aşkar edilməsi üçün qazıntı sahəsi xeyli genişləndirilmişdir. Məlum olmuşdur ki, bu bina təxminən 2-ci oval planlı bina böyüklüyündədir
Mədəni təbəqənin stratiqrafiyası və tapıntılara əsasən 3-cü oval tikintinin 1 və 2-ci oval tikintilərdən daha qədimə – e.ə. III əsrə aid olduğu müəyyənləşdirilmişdir. 3-cü oval planlı tikintisi sonrakı tikintilər və təsərrüfat quyularının qazılması nəticəsində daha çox dağıntılara məruz qalmışdır. Görünür, bu binalarda dini mərasimlər, dövlət və şəhər əhəmiyyətli yığıncaqlar keçirilirmiş və tamaşalar göstərilirmiş. Bu binaların hər ikisinin qapısının yanında divarda bir adamın dura bilməsi üçün xüsusi kəsik düzəldilmişdir. Ehtimal olunur ki, burada binaya daxil olanları yoxlamaq üçün nəzarətçi dayanırmış, yalnız icazəsi olanlar içəri buraxılırmışdır.
2011-ci ildə III qazıntı sahəsində ən alt təbəqələrin qazıntısı davam etdirilmişdir. Antik şəhər yerində başqa sahələrdə aparılan qazıntılar zamanı aşkar edildiyi kimi burada da şəhərin e.ə. IV-I əsrlərinə aid təbəqələrində çox intensiv həyatın olduğu müşahidə olunur. Belə ki, qazıntının bütün sahəsində çoxlu tikinti qalıqları vardır. Bu tikintilərin davamı hər tərəfdə qazılmayan sahələrə doğru uzanır. Bu tikintilərin əksəriyyətinin bünövrəsi çay daşı, divarları isə kvadrat və uzunsov formalı çiy kərpiclə hörülmüşdür.
Üst təbəqələrdə aşkar edilən oval planlı unikal tikinti qalıqlarını saxlamaq zərurəti alt təbəqələri bütünlüklə qazmağa imkan vermir. Ona görə də sahədə alt təbəqələrdə imkan olan yerlərdə qazıntı işləri aparılır.
Qazıntı zamanı 1-ci oval tikintinin mərkəzi hissəsində kiçik bir sahədə (100 k.m) alt təbəqənin qazılmasına başlanmışdır. Bu qazıntı həm oval tikintinin çay daşları ilə hörülən sütunaltığının quruluşunu müəyyənləşdirmək, həm də bu sahədə mədəni təbəqənin alt qatlarının stratiqrafiyasını müəyyənləşdirmək məqsədi daşımışdır.
Burada oval planlı tikintiyə qədər bir neçə tikinti qatının olduğu müəyyənləşdirilmişdir. Məlum olmuşdur ki, III-II əsrlərdə şəhərin bu hissəsində dulusçu kürələri yerləşmişdir.
Qazıntı zamanı bu sahədə bozumtul-qara rəngli tək ayaq vazalar bişirilən kürə qalıqları aşkar edilmişdir. Belə qab bişirilən kürə qalıqları da Azərbaycanda birinci dəfə aşkar edilir. Bu kürənin qalıqları hələlik bütünlüklə açılmamışdır. Maraqlıdır ki orada bişirilən qabların əksəriyyəti yerindəcə çoxusu əzilmiş və bəziləri salamat halda qalmışdır. Bu da böyük maraq doğurur. Həmin yerdə yeni binalar tikilmək üçün qab bişirmə kürələri tamamilə dağılmış, onların yalnız od yandırma kamerasının odun təsirindən yanıb şlaklaşmış döşəməsi qalmışdır. Kürələrdən altda və üstdə oval tikintiyə qədər tikinti qatları izlənir. Bu qalıqları bütünlüklə üzə çıxartmaq üçün burada qazıntını bir qədərdə genişləndirmək lazım gələcək. Lakin bu zaman üst təbəqədəki oval tikinti qalıqlarına zərər dəyməməlidir.
III qazıntı sahəsində alt təbəqədə ən maraqlı tikinti qalıqları e.ə. IV-III əsrlərə aid çox böyük ərzaq anbarının qalıqlarıdır. Bu anbarda çoxsaylı iri həcmli təsərrüfat küpləri sıralarla bir qədər yerə basdırılmışdır. Müəyyən vaxt keçdikdən sonra küplərin bir çoxu çatlamış, parçalanmışdır. Bu anbarın hələlik bütün sahəsi qazılmamışdır. Anbar yerinin qazılmış sahəsində 200-ə qədər təsərrüfat küplərinin sınmış alt hissələri və ya onlar üçün qazılan çuxurlar aşkar edilmişdir. E.ə. III əsrdə bu anbarda istifadə üçün hələ yararlı olan təsərrüfat küpləri götürülmüş, yararsız küplərin qalıqları yerində saxlanaraq sahə hamarlanmış və burada digər binalar tikilmişdir. Küplər üçün qazılmış çuxurların içərisində götürülən küplərin izləri yaxşı izlənir. Alt hissələri qalmış küplərin içərisindən götürülən 4 nümunə və təsərrüfat quyularından 2 nümunə palinoloji analiz üçün Tbilisi şəhərinə professor Eliso Kvavadzeyə göndərilmişdir. Analizlər göstərmişdi ki, bu küplərdə əvvəlcə çaxır, çatlar əmələ gəldikdən sonra isə başqa məhsullar (qoz, fındıq, taxıl) saxlanmışdır. Anbarın döşəməsində küplərin ağzını örtmək üçün istifadə olunan yastı daş qapaqların parçalarına, küplərdən çaxır götürmək üçün istifadə olunan ağzı əyməli və qulplu dolçalara rast gəlinir (şək.3). Bir çox hallarda bu dolçaların ağzının kənarında süzgəci olur (şək.3, şək. 5,1 ). Bu küplərdən və 2 təsərrüfat quyusundan götürülən nümunələrin palinoloji analizi göstərmişdir ki, 2400 il bundan əvvəl qəbələlilər indi olduğu kimi taxılçılıq, heyvandarlıq, bağçılıq, üzümçülük və şərabçılıqla məşğul olmuşlar.
Analizlər şəhərin yaxınlığında meşələrin olduğunu da göstərmişdir. Bir sözlə, o zaman da Qəbələnin iqlim şəraiti indiki kimi olmuşdur. İndiyə kimi nə Azərbaycanda, nə də bütün Qafqazda qədim dövrə aid bu böyüklükdə çaxır və digər ərzaq məhsulları saxlanan anbar aşkar edilməmişdir. Qəbələdə e.ə. IV əsrdə belə böyük ərzaq məhsulları anbarının olması oranın hələ o zaman böyük şəhər olduğunu göstərir. Belə anbar dövlət və ümuşəhər əhəmiyyəti daşıya bilərdi. Qazıntı sahəsində aşkar edilən tikintilərin qədim tariximizi öyrənmək üçün misilsiz elmi əhəmiyyətini nəzərə alaraq onların konservasiyası vacibdir. Ancaq orada üst qatlarda olan mühüm tikinti qalıqlarını saxlamaqla imkan olan yerlərdə alt təbəqələridə qazılaraq üzə çıxarılan daha qədim tikintiləri də saxlamaq lazımdır. Bu abidələrin arxeoloji turizmin inkişafı üçün xüsusi əhəmiyyəti vardır.
IV qazıntı sahəsi. Şəhər yerində hələ 1983-cü ildə III sahədə qazıntıya başlayarkən, bu sahədən bir qədər şərqdə yerin relyefinə və bəzi digər əlamətlərə görə digər böyük binanın olduğu güman edilirdi. Bunu yoxlamaq üçün həmin vaxt orada kiçik yoxlama xəndəyi qazaraq doğrudan da böyük bina qalıqlarının olduğunu müəyyənləşdirmişdik. Bu bina 1-ci oval tikintiyə paralel olaraq ondan təxminən 60 m aralıdadır. Güman edirik ki, burada yerləşən binalar bir-biri ilə əlaqədardır, onların arasında olan sahə isə həmin binaların arasında yerləşən geniş həyətdir. Hələ o zaman yoxlama zamanı həyətə çınqıl döşənməsi müəyyən olmuşdur.
Antik şəhər yerində aparılan qazıntılar zamanı müəyyən olunmuşdur ki, 2 min il bundan əvvəl şəhərin küçə və meydanlarına yağıntılar zamanı palçıq olmaması üçün yaxınlığdakı çaydan çınqıl gətirib səpmişlər.
Güman edirik ki, qazıntı apardığımız III və IV qazıntı sahələri yerləşən ərazi antik Qəbələnin «Temenosu» (dini binaların yerləşdiyi müqəddəs ərazi) olmuşdur. Ona görə də hələ 2009-cu ildə bu sahədə də qazıntıya başlamışdıq. O zaman 500 m2 sahədə qazıntı aparılaraq ən üst təbəqə götürülmüşdü. Lakin yerüstü əlamətlər göstərir ki, burada üst təbəqədə yerləşən binanın uzunluğu 80 m-ə yaxındır. 2011-ci ildə burada qazıntı sahəsi xeyli genişləndirilərək 1500 m2 çatdırıldı. Ətraf əkin sahəsi olduğu üçün daha geniş sahədə qazıntı aparmaq mümkün deyildi.
Qazıntı zamanı ən üst təbəqədə antik dövrə aid maddi-mədəniyyət qalıqları tapılırdı. Bu tapıntılar müxtəlif saxsı qablara aid fraqmentlərdən, tikinti materiallarından və digər məişət qalıqlarından ibarətdir. Burada ən üst təbəqədə bir oval planlı tikintinin və digər binaların bəzi qalıqları aşkar olunmuşdur (şək. 4, plan). Burada da qazıntıların davam etdirilməsi nəzərdə tutulur.
Qazıntılar zamanı sahələrin bütün təbəqələrində oval və slindrik təsərrüfat quyularına, təkcə ərzaq anbarında deyil, ondan kənarda da müxtəlif yerlərdə aşağı hissələri torpağa basdırılan iri təsərrüfat küplərinin qalıqlarına, müxtəlif tip və ölçülü qara, açıq qırmızı rəngli gil qabların parçalarına və s. qalıqlara tez-tez rast gəlinmişdir. Bunların böyük əksəriyyəti e.ə. IV b.e. I əsrlərinə aiddir (şək. 5, 6). Lakin ara bir daha qədim dövrlərə aid obsidian, çaxmaq daşı qəlpələrinə, onlardan hazırlanan alət hissələrinə rast gəlinir.
Antik şəhər yerində qazıntılar zamanı bizə 4 ədəd tunc bilərzik verdilər. Məlum oldu ki, bu bilərziklər antik şəhər yerinin cənubi-şərqində torpaq işləri zamanı dağılan torpaq qəbirlərindən götürülmüşdür. Orada bu qəbirlər ekskavatorla kərpic bişirmək üçün torpaq qazıyarkən dağıdılmışdır. Bilərziklərin üçünün ortası batıqdır. Belə bilərziklər Azərbaycanda bu vaxta qədər ellinizmin ilk dövrlərinə aid qəbirlərdə tapılmışdır. Gürcüstanda isə bu kimi bilərziklərdən eramızın əvvələrinə qədər istifadə etmişlər.
Bizə verilən bilərziklər tapılan yerdə qəbirlər bir-birindən çox aralı yerləşmişlər. Keçən əsrin 70-ci illərində də bu sahədə bir neçə qəbir qazılmışdır. O qəbirlər də bu yerdə yerləşən antik şəhərin mövcud olduğu dövrə aid olmuşdur. Lakin şəhərin əsas qəbiristanlığının yeri hələlik tapılmamışdır.
Qəbələnin antik şəhər yerində aşkar edilən tikinti qalıqlarının konservasiyası çox vacibdir. Qəbələ respublikamızın ərazisində yaranan ilk müstəqil Albaniya dövlətinin paytaxt şəhəri olmuşdur. Orada aşkar edilən abidələr hələ 2400 il bundan əvvəl Azərbaycanda yüksək şəhər mədəniyyətinin olduğunu göstərir. İndiyə kimi Azərbaycanın antik dövrə aid digər şəhər yerlərində bu möhtəşəmlikdə bina qalıqları, bu dərəcədə intensiv şəhər həyatını göstərən tikintilər aşkar edilməmişdir. Qazıntılar zamanı aşkar edilən digər tapıntılar da o dövrün paytaxt şəhərinin statusuna uyğundur. Ola bilsin həmin dövrə aid belə abidələr Azərbaycanın başqa yerlərində heç olmayıb.
И.А.Бабаев, Э.А.Искендеров, Н.А.Алышов,
Л.Х.Мустафаев, Р.Исмаилов
О ПОЛЕВЫХ ИССЛЕДОВАНИЯХ ОТРЯДА
АНТИЧНОЙ ГАБАЛЫГАБАЛИНСКОЙ
АРХЕОЛОГИЧЕСКОЙ ЭКСПЕДИЦИИ
РЕЗЮМЕ
В 2011 г. Габалинская археологическая экспедиция, как и в предыдущие годы, вела полевые исследования при финансовой поддержке СЕБА (Сеул- Баку). Азербайджано-Корейской Ассоциации по культурному обмену.
В 2011 г. в экспедиции участвовала большая группа корейских археологов. При участии азербайджанского представителя они продолжали раскопки на позднеантичном раннесредневековом городище Сельбир.
Отряд по изучению античной Габалы продолжал раскопки и на раннеантичном городище.
Здесь в предыдущие годы были выявлены остатки 3-х больших, овальных в плане сооружений. Самое древнее из них датируется III в. до н.э., а самое позднее I в. до н.э. – I в. н.э. Фундаменты этих зданий сложены из булыжниками, а стены из сырцового кирпича. Общие размеры двух овальных сооружений были установлены в предыдущие годы. Овальное сооружение под номером 1 самое большое и датируется I в. до н.э. – I в.н.э. Его внутренняя длина 71 м, а ширина 19,5 м. По середине в продольном направлении имеются бульжниковые фундаменты колонн из булыжника, которые, вероятно, были обложены сырцовым кирпичом. На фасаде этого здания с восточной стороны обнаружены 2 дверных проема.
При дополнительной расчистке установлено, что это здание имело еще один запасной вход с западной стороны. Внутри помещения по всему периметру стены имеется булыжниковая вымостка шириной 2,2 общей площадью 363 кв. м, предназначенная, вероятно для зрителей. 2-ое овальное сооружение несколько меньше по своим размерам. Его ширина внутри 8,1 длина – 38 м. Оно имело один дверной проем. Точные аналогии таких зданий античного периода нам не известны. Вероятно, эти здания были предназначены для проведения религиозных церемоний, зрелищных мероприятий и собраний общегородского или государственного значения.
На раскопе III в слое IV-III в. до н.э. была продолжена расчистка большого винного склада, где в больших хозяйственных кувшинах хранили вино и другие продукты. Пока склад полностью не исследован. В исследованной части выявлены остатки или углубления около 200 кувшинов.
При раскопках под первом овальном сооружении в слое III-II вв. до н.э. были выявлены остатки гончарных обжигательных печей.
Сохранились лишь полы топочных камер, которые покрыты слоем шлака. На полу одной печи сохранились черепки и целые экземпляры ваз черного цвета на одной ножке.
Недалеко от раскопа III расположен раскоп IV, где на площади 1500 кв. м. раскопан лишь верхний слой. Здесь также выявлениы остатки одного овального и других прямоугольных зданий, сооруженных полностью из сырцового кирпича, частично сохранившийся булыжниковых фундамент из булыжника стен других зданий.
Раскопки показывают, что здесь за все время существования города строительство велось очень интенсивно, на местах снесенных зданий строили новые.
При раскопках, кроме остатков различных зданий, выявлено много артефактов, подавляющее большинство которых представлено обломками различных глиняных сосудов.
İ.A.Babayev, E.A.lskendarov, N.A.Alyshov,
L.Kh.Mustafayev, R.Ismailov
ABOUT FIELD RESEARCHES OF UNIT OF ANCIENT GABALA GABALA ARCHAEOLOGICAL EXPEDITION
SUMMARY
In 2011, the Gala archaeological expedition, as in previous years, conducted field research with sponsorship of SEBA (Seoul-Baku) Azerbaijan-Korean Cultural Exchange Association. Institute of Archaeology and Ethnography pay only travel expenses of its scientific staff and a small amount of business expenses.
Since 2009, archaeologists of Republic of Korea are involved in excavations in Gabala. In 2011, a large group of Korean archeologists participated in the expedition. They and our representative continued excavations in the Late Early Medieval settlement Selbir.
The commander of expedition I. Babayev frequented their excavations. Squad for the study of ancient Gabala early Antique continued excavation on a mound that belongs to early Antique, III and IV centuries. Here in previous years revealed the remains of 3 large ovals in terms of facilities. The oldest of them
220 dates back to III BC and the latest in I century BC- I century AD.
The foundations of the buildings stacked boulders and walls are made from brick. General values of the two oval structures were established in previous years. Oval structure at number 1, the largest and dates in I century BC-I century AD. Its internal length is 71m and width is 19.5 m. On the middle in the longitudinal direction there are cobblestone foundation pillars, which were probably built brick. On the facade of the building on the east side discovered two doorways.
This year, with additional excavations is established that the building had another back door to the west. Inside, the walls around the perimeter of a bouldering paving width of 2.2 m, a total area of 363 square meters, intended probably for the audience. Second oval structure is somewhat smaller in size. Its width is 8, 1 m, and the length is 38 meters. It has a single door. Exact analogues of such buildings of the ancient period are not known. In all likelihood, these buildings were intended for religious ceremonies, entertainment and meetings of city or state significance. At the excavation site III in the layer IV-III BC continued to clear large wine store. At this warehouse the wine and other food were stored in big jars.
This store is not fully excavated. It identified the remains of the approx. 200 pitchers. Excavations under the first oval in layer III-II centuries BC identified the remains of pottery kilns. Preserved only floors of combustion chamber, which are coveredwith slag. On the floor of one furnace crushed and whole specimens of vases in black on one leg remained. Not far from the excavation is excavation III there is excavation IV, where an area of 1500 square meters. Only the top layer is excavated. Here, as the identification of the remains of one other oval and rectangular buildings, constructed entirely from mud bricks, some partially preserved foundations of the bouldering walls of other buildings.
Excavations show that here since the inception of construction was very hard and on the site of the demolished buildings there were built new. Besides the remains during the excavation of various buildings there were revealed many household finds, most of which represented different fragments of pottery.
Mənbə: Azərbaycanda Arxeoloji tədqiqatlar – 2011, Azərbaycan Milli Elmler Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı,” Xəzər Universiteti” nəşriyyatı,2012