İ.Babayev, F.Knauss, C.Eminli, A. Mehnert, E. İskəndərov

2006-cı ildə fəaliyyətə başlayan ekspedisiyamız bu il 4-cü ildir ki, Şəmkir rayonunun Qaracəmirli kəndi yaxınlığında arxeoloji qazıntı işləri aparır.
Bu il Almaniyadan qazıntılarda, ümumiyyətlə, 5 nəfər arxeoloq – Florian Knauss (Ausburq Universi­teti, Münhen Muzeyi) – qrupun rəhbəri, Dr. Yurgen Baer (Heydelberq Universiteti), Florian Klauser (Münhen Universiteti), Andreas Mehnert və Frauke Gutschke (Halle Universiteti) iştirak etmişdir.
Gürcüstanı bu ilki qazıntılarda əvvəlki illərdə olduğu kimi Gürcüstan Milli Muzeyinin aparıcı elmi işçisi, professor Yulon Qaqoşidze təmsil etmişdir.
Azərbaycandan ekspedisiyada AMEA Arxeologi­ya və Etnoqrafiya İnstitutunun əməkdaşları – AMEA-nın müxbir üzvü, professor İlyas Babayev (ekspedisiyanın ümumi rəhbəri), elmi işçi Ceyhun Eminli və aspirant Emil İskəndərov iştirak etmişlər.
2009-cu ildə ekspedisiyamız, əvvəlki illərdə olduğu kimi, avqust ayında bir ay qazıntı işləri aparmışdır. Ekspedisiyamız Şəmkirin Qaracəmirli kəndi yaxınlığında e.ə. V-IV əsrlərə aid saray tipli böyük binaların qalıqlarını öyrənir. Burada çox geniş ərazidə böyük tikinti qalıqlarına təsadüf olunur. 2006-2007-ci illərdə böyük bir binanın qalıqları aşkar edilərək öyrənilmişdi. Nəticədə məlum olmuş­dur ki, bu bina müstəqil bina deyil, ondan dəfələrlə böyük olan saray tipli başqa binanın giriş binası- propleyasıdır. Əsas bina isə propleyadan 250 m. qərbdə yerləşir. 2008-ci ildə böyük təpə kimi qalmış həmin yerdə kəşfiyyat işləri aparılaraq orada doğru­dan da saray tipli binanın qalıqlarının olması müəy­yənləşdirilmişdi. Bu təpə Qurbantəpə adlanır.
Bu il həmin təpədə və ondan 1 km. məsafədə, cənub-şərqdə yerləşən Rizvantəpə adlı digər təpədə əsaslı qazıntılara başlanmışdır. Hər iki sahədə böyük tikinti qalıqları vardır.
Qurbantəpədə saray tipli nəhəng inzibati binanın qalıqları yerləşir. Bu bina 1 hektara yaxın sahəni əhatə edən təpənin böyük hisəsini tutur. Hələlik binanın 40 x 30 m sahədə qalıqları izlənmişdir (şəkil 1, plan s.266). Burada böyük zallar, koridorlar və nisbətən kiçik otaqların bir hissəsi aşkar olunmuşdur. Divarlar kvadrat formalı çiy kərpiclərdən hörülmüş­dür. Bu divarlar bəzi yerlərdə 1,5 m. hündürlüyündə qalmışdır. Çiy kərpiclərlə tikilən bu divarlar təxminən 3 sm. qalınlığında suvağın üstündən əhəng məhlulu ilə ağardılmışdır. Bəzi yerlərdə 1-2 sm, qalınlığında gips üzlük parçalarına rast gəlinmişdir. Böyük zalların içərisində daş sütun altlıqları olmuş­dur. Hələlik bu zalların yalnız birisinin içərisinin bir hissəsi təmizlənmədiyindən tək 1 ədəd sütunaltlığı tapılmışdır. Bu sütunaltlığının yerləşməsinə görə həmin zalın içərisində onların sayı 6 ədəd olmalıdır. Sütunaltlığı yer səthindən 2,3 m. dərinlikdə yerləşdi­yindən çox yaxşı qalmışdır (şəkil 3). Çox gözəl işlənmiş bu sütunaltlığı İranda Persopol və Suzdakı e.ə. V əsrə aid sütunaltlıqları ilə eyni formadadır. Sütunlar ağacdan düzəldiyindən onların yalnız bəzi çü­rüntüləri qalmışdır. Qazıntı sahəsində ağac sütunların üstünə qoyulan daş kapitellərin xeyli parçalarına da təsadüf olunur. İndiyə kimi Qafqaz ərazisində əhəmənilər dövrünə aid belə sütunaltlıqlarının hamısı təsərrüfat işləri zamanı parçalanmış vəziyyətdə tapıl­mışdır. Qaracəmirlidə də əvvəlki illərdə sütunaltlıqlarının çoxu sınmış vəziyyətdə tapılmışdır.

Qurbantəpədə tam salamat qalmış çoxlu belə sütunaltlıqlarının tapılması gözlənilir. Bu dünya arxeologiyasında çox qiymətli tapıntılardan biri olacaqdır. Güman edirik ki, qazıntılar zamanı sütun­ların üstünə qoyulan daş kapitellərin də salamat qalanları tapılacaqdır.


Buradakı bina bütün göstəricilərinə görə inzibati, saray tipli bina olmuşdur. Ona görə də məişətdə işlənən avadanlıq qalıqlarına az rast gəlinir. Tapıntı­ların az olmasının bir səbəbi də belə binalarda təmiz­liyə riayət edilməsidir. Qazıntılar zamanı bir çox yerlərdə iri daş qəlpələrinə nisbətən tez-tez rast gəli­nir. Onların bəzilərinin üzərində naxış qalıqları qal­mışdır. Onların bəziləri kapitel parçalarını xatırladır. Qalan tapıntılar isə əsasən e.ə. V-III əsrlər üçün sə­ciyyəvi olan küp, küpə, cam və s. qabların parçalarından ibarətdir.


Qurbantəpədən 1 km. cənubi-şərqdə yerləşən Rizvantəpədə də kvadrat formalı çiy kərpiclərlə tikilən böyük bir binanın qalıqlarının hələlik bir hissəsi izlənmişdir. Bu bina Qurbantəpədəki binadan   xeyli kiçik olmuşdur. Ola bilsin burada yüksək vəzifəli şəxsin iqamətgahı – yaşayış evi yerləşmişdir. Burada da monolit daşlardan hazırlanan sütunaltlıqlarının tapılacağı gözlənilir. Bunu orada tapılan xırda, yo­nulmuş daş qəlpələri əsasında demək olur. Rizvantəpədə qazıntılar zamanı binanın bir giriş qapısının yeri aşkar edilmişdir. Bu üç pilləli daş pilləkəndir. Pillələr 1 m uzunluğunda 25 sm enində yonulmuş daşlardan düzəldilib. Girişin sol tərəfində qapı üçün orta hissəsi oyulmuş dabandaşı qoyulmuşdur. Pillələr istifadə nəticəsində bir qədər sürtülmüşdür. İçəridə pillələrin qarşısına girişdə səliqə ilə yonulmuş 1x 1 m. ölçüsündə yastı daş qoyulmuşdur (şəkil 4). Əhəmənilər dövrünə aid belə tapıntıya da Qafqazda birinci dəfə təsadüf olunur.
Saray yeri olan Qurbantəpədən fərqli olaraq Rizvantəpədə məişət qalıqlarına daha çox təsadüf olu­nur. Bu da binaların nə məqsədlə istifadə olunması ilə əlaqədardır.
Buradan tapılan gil qablar və digər tapıntılar Qurbantəpə ilə eyni dövrə – Əhəmənilər və erkən ellinizm dövrünə aiddirlər (şəkil 5).

İlkin tədqiqatlar göstərir ki, buradakı binalar ilkin əhəmiyyətini itirəndən sonra, onları bir qədər yaşayış üçün yararlı hala salaraq istifadə etmişlər.
Rizvantəpədə ilk orta əsrlərə aid xristian və müsəlman qəbirləri aşkar edilmişdir. Bu qəbirlər bəzi yerlərdə Əhəmənilər dövrü divarlarını kəsmişdir.
Qaracəmirlidə ekspedisiyamızın aşkar edib öyrəndiyi abidələri böyüklüyünə və əhəmiyyətinə görə yalnız Əhəmənilər İmperiyasının İrandakı mərkəzi şəhərləri olan Persepol və Suzdakı saraylarla müqayisə etmək olar.
Güman etmək olar ki, 2500 il bundan əvvəl burada bütün Cənubi Qafqazı idarə edən satrap iqamətgahı yerləşmişdir. İran ərazisindən xaricdə indiyə qədər heç yerdə belə möhtəşəm abidə tədqiq edilməmişdir. Biz istərdik ki, aşkar etdiyimiz bu abidələr qorunsun və turistlərə göstərmək üçün muzeyə çevrilsin. Bu abidənin təkcə Azərbaycan deyil, bütün Qafqaz, Yaxın və Orta Şərqin qədim tarixini öyrənmək üçün böyük əhəmiyyəti vardır.
Ekspedisiyamız Qaracəmirlidə qazıntı işlərini bir neçə il davam etdirməyi nəzərdə tutur.

 

 

 

 

 

 

И.Бабаев, Ф.Кнаусс, Д.Эминли,
А.Мехнерт, Э.Искеидеров
О РАСКОПКАХ МЕЖДУНАРОДНОЙ
АРХЕОЛОГИЧЕСКОЙ ЭКСПЕДИЦИИ В СЕЛЕ ГАРАДЖАМИРЛИ
РЕЗЮМЕ

 

Археологическая экспедиция с 2006 г. ведет рас­копки дворцовых зданий середины I тысячелетия до н.э. близ села Гараджамирли Шамкирского района. В 2009 г. экспедиция, как и в предыдущие годы, про­должила археологические раскопки.

В 2006-2007 гг. на Идеалтепе были выявлены остатки большого здания. Выяснилось, что это здание было пропилеей другого, более значительного здания, вероятно, расположенного в 250 м. к западу от про­пилеи, где ныне имеется холм Гурбантепе. В прош­лом, 2008 г., разведочными работами было установле­но, что на этом холме имеются остатки большого зда­ния дворцового типа.

В 2009 г. там начались планомерные раскопки. Установлено, что остатки здания занимают большую часть холма, площадью почти 100 х 100 м. Здание имело просторные залы, коридоры и другие, относи­тельно небольшие помещения. В некоторых местах сохранились стены, высотой более 1,5 м, возведенные из квадратного сырцового кирпича с известковым покрытием. Небольшая часть одного зала расчищена до пола. Там выявлена одна каменная база колонны великолепной сохранности. По расположению этой базы можно предположить, что в этом зале должны были находиться еще 5 баз колонн. База колонны в точности такая же, как базы колонн дворцов в Персеполе. Колонны были деревянными. Отдельные фраг­менты каменных архитектурных деталей, выявленные при раскопках, позволяют допустить, что в этом двор­цовом здании капители, поставленные на деревянные колонны, были каменными.

При раскопках на Гурбантепе бытовые находки встречаются в незначительном количестве, что, в ос­новном, связано с назначением, расположенного здесь, здания. Бытовые находки, в основном, пред­ставлены обломками различных глиняных сосудов, характерных для V-III вв. до н.э.

Экспедиция вела раскопки и на Ризавнтепе, расположенном на расстоянии 1 км. к                    юго-востоку от Гурбантепе. И здесь выявлены остатки довольно значительного по величине здания, сооруженного также из сырцового кирпича квадратной формы. Это здание несколько меньше по сравнению со зданием на Гурбантепе. Но и здесь, вероятно, использовали каменные базы колонн, о чем свидетельствуют отдельные каменные обломки.

При раскопках на Ризвантепе выявлены христиан­ские и мусульманские погребения, которые частично разрушили остатки здешнего здания, выявлен вход с тремя каменными ступеньками. Бытовые находки здесь встречались больше, чем на Гурбантепе. Они, как на Гурбантепе, в основном, характерны для V-III вв. до н.э. Можно допустить, что здесь находилась резиденция высокопоставленной особы, возможно сатрапа.

Раскопки экспедиции представляют значительный научный интерес для изучения истории не только Кавказа, но и Ближнего и Среднего Востока.

 

 

  1.  Babayev, F.Knauss,
    Dj.Eminli, A.Mehnert, E.Isgenderov
    ABOUT EXCAVATIONS BY THE
    INTERNATIONAL ARCHEOLOGICAL
    EXPEDITION IN SETTLEMENT GARADJAMIRLI
    SUMMARY

Our archeological expedition has been excavating palaces, which date back to the middle of the 1st millennium BC, near to settlement Garadjamirli of the Shamkir region since 2006. In 2009, like in the pre­vious years, the expedition carried out excavations in August.
Remnants of a big building were discovered at Hill Idealtepe in 2006-2007. It is identified that this buil­ding was a propylaeum of another, bigger building, which was situated apparently 250 meters west of the propylaeum where there currently is hill under the, name of Gurbantepe.
The 2008 exploration works have identified that the hill, indeed, carries remnants of a big building, something like a palace. Planned excavations started there in 2009. It is identified that the remnants of the building occupy an area of almost 100 square meters-the hill`s bigger part. The building had spacious halls and corridors and other relatively small premises. The walls, made of square rile bricks, in some places had the height of more than 1.5 meters. The walls were limed. A small part of one of the halls is cleaned up to the floor. Stone base of a column in excellent condition is discovered there. It is to conclude from the location of the base that the hall should have 5 more bases of columns.
The column’s base is exactly like the bases of pala­ces in Persepolis. The columns were wooden. Some fragments of the unearthed stone architectural details make us think the palace’s stone capitals stood on wooden columns.

The excavations at Gurbantepe discovered only an insignificant number of domestic things, something that is explained primarily by the designation of building situated here. The discovered domestic things are largely remnants of earthenware typical for the 5th-3rd centuries BC.
The expedition also carried out excavations at Rizvantepe situated 1 kilometer southeast of Gurbantepe. Here, there were discovered remnants of a relatively big building also made of square tile bricks. This building is a bit smaller than that at Gurbantepe. However, this building also apparently had stone bases of columns, as it appears from separate stone remnants. Excavations at Rizvantepe discovered an entryway with three stone steps.
Excavations at Rizvantepe discovered Christian and Moslem burials, which partially destructed the building.
Here, there was discovered a larger number of domestic things than that at Gurbantepe. Like at Gurbantepe, findings here are typical for the 5th-3rd centuries BC.
It is assumable that here there was a residence of a high-ranking person, probably, a satrap.
The excavations our expedition carried out are of considerable scientific interest for the reasons of study of history of either the Caucasus or the Middle East and the Near East.

 

Mənbə: Azərbaycanda Arxeoloji tədqiqatlar-2009, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı “ Xəzər Universiteti” nəşriyyatı ,2010

Leave a Reply