İ.A.Babayev, Y. Qaqoşidze, F. Knauss, A. Balaxvantsev,
E.Ə.İskəndərov, N.Ə.Alışov, F.Gutschke, M.Gutte,
G.Wüsten -Leyderwald, C. Gentzsch, J. Schöweitz

2011-ci ildə ekspedisiya iyul aynın 21-dən avqust ayının 31-nə qədər çöl-tədqiqat işləri aparmışdır.
Ekspedisiyanın elmi tərkibinə Azərbaycandan 3 nəfər: İlyas Babayev-ekspedisiyanın ümumi rəhbəri, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor, kiçik elmi işçilər Emil İskəndərov və Natiq Alışov; Almaniyanın Münxen Muzeyi, Halle Universiteti və Berlin Muzeyinin əməkdaşları ümumiyyətlə 7 nəfər: qrupun rəhbəri Münxen muzeyinin direktoru Florian Knauss, elmi əməkdaşlar Frauke Gutschke, Timo Stingl, Matthias Gutte, Gabriela Wüsten-Leyderwald, Chiristina Gentzsch və Janina Schönweitz; Gürcüstandan Gürcüstan Milli Muzeyinin elmi əməkdaşı professor Yulon Qaqoşidze, Moskvadan REA Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Arçil Balaxvantsev daxil idilər. REA-nın elmi əməkdaşı bizim ekspedisiyamıza bu ildən qoşulmuşdur.
Ekspedisiyamız 2006-cı ildən Qaracəmirli kəndi yaxınlığında arxeoloji qazıntılar aparır. Əvvəlki 5 ildə aparılan qazıntılar nəticəsində müəyyən olunmuşdur ki, tədqiq etdiyimiz sahədə e.ə. V-IV əsrlərdə böyük inzibati mərkəz yerləşmişdir. Bu yaşayış yeri bir neçə kv.km-dən ibarət çox böyük sahəni əhatə etmişdir. Burada arxeoloji qazıntılar və kəşfiyyat işləri nəticəsində e.ə. V-IV əsrlərə aid böyük ictimai binaların qalıqları aşkar olunmuşdur.
Bu binaların ən möhtəşəminin qalıqları Qurbantəpə adlandırdığımız, təxminən bir hektar sahəni əhatə edən təpədə yerləşir. Bu qalıqlar saray tipli çox böyük binaya məxsusdur. Burada 3-cü ildir ki qazıntı aparılır. Hələ, 2006-2007-ci illərdə bu təpədən şərqdə İdealtəpə adlandırdığımız kiçik təpəcikdə arxeoloji qazıntılar apararkən iki dördsütunlu zalları, onların şimal və cənub tərəflərində nisbətən kiçik otaqları və şərq tərəfdə portiki olan bir binanın qalıqlarını aşkar etmişdik. 2007-ci ildə bu binanın qazıntısı başa çatarkən məlum oldu ki, həmin bina müstəqil bina deyil daha böyük bir binanın propleyası (giriş binası) olmuşdur. Araşdırmalarımız göstərdi ki, əsas binanın qalıqları propleyadan 240 m. qərbdəki təpədə yerləşir. 2008-ci ildə Qurbantəpədə kəşfiyyat qazıntıları nəticəsində orada doğurdan da böyük sarayın qalıqlarının olduğu müəyyənləşdirildi. 2009-2010-cu illərdə bu binanın divarlarının kvadrat formalı çiy kərpiclərlə hörüldüyü, onun böyük sütunlu zallarının olduğu müəyyənləşdirildi.

2011-ci ildə Qurbantəpədə daha geniş qazıntılar aparılmışdır. Bu binanın çiy kərpiclə hötülən divarları bəzi yerlərdə 1,5-1,6 m. hündürlüyə qədər qalmışdır. Sarayın fasadı onun şərq tərəfində yerləşir. Burada sarayın portiki 8 m. enində, 25 m. uzunluğundadır. Portikdə iki sıra daş sütun altlıqları qoyulmuşdur. Onlardan hələlik 5 ədədi aşkar edilmişdir. Onların yerləşməsinə görə portikdə hər sırada 6 ədəd, ümumiyyətlə, 12 sütun altının olduğu müəyyən olunmuşdur. Portikin arxasında 25 x 27 m. ölçüsündə (ümumi sahəsi 675 kv.m.) çox böyük qəbul-mərasim zalı yerləşir. Onun içərisində də güman ki, 36 sütun olmuşdur. Portikin və hələlik bu böyük zalın kiçik hissələri açılmışdır. Bu zalın qazıntı aparılan hissəsində sütun altlıqlarının qalıqları, daş kapitel qırıqları tapılmışdır. Portik və mərasim zalının təmizlənən hissələrində torpaq qatı o qədər də qalın olmadığı üçün sütun altlıqları burada həyat kəsiləndən az sonra sındırılmışdır. Onların bəzilərinin hissələri ilkin qoyulduğu yerlərindən kənara atılmışdır. Ancaq bütün sütun altlıqlarının ilkin yerlərini dəqiq müəyyənləşdirmək olur (şək. 1). Böyük   zalın arxasında və ondan cənub və şimal tərəfdə nisbətən kiçik zallar, uzun dəhlizlər və müxtəlif otaqlar yerləşir. Hələlik, bu zallardan sarayın qərb tərəfində 3 zalın yerləri müəyyənləşdirilərək onlardan birinin qazıntısı başa çatmışdır (şək. 2. plan).

Bu zalın ölçüləri 11,6 (şərq-qərb istiqamətdə) x l0,5 m. (şimal-cənub istiqamətində) olmaqla ümumi sahəsi 121,8 m2-dir. Onun içərisində 4 sütun altlığı aşkar olunmuşdur. Zəngvari olan bu sütn altlıqları çox yüksək səviyyədə naxışlanmışlar. Onların üstünə qoyulan sütunlar ağacdan olmuşdur (şək. 3). Bu zalın cənub tərəfində eyni ilə belə sütun altlıqları olan digər zal yerləşir. Onun hələlik döşəməyə qədər yalnız bir hissəsi təmizlənərək 2 zəngvari sütun altlığı aşkar edilmişdir. Bu zal da 4 sütunlu olmuşdur. Sütun altlıqlarının 2-nin hələlik üstü açılmamışdır.

Bu zalın da ölçüləri əvvəlki kimidir. Adlarını çəkdiyimiz zallardan şimalda digər zal yerləşir. Həmin zalın da döşəməsinin üstündə 4 ədəd daş sütun altlıqları aşkar edilmişdir. Hələlik bu zalın içərisi axıra qədər təmizlənməmişdir. Bu zalın sütun altlıqları əvvəlki zalların sütun altlıqlarından fərqlənirlər. Onların alt hissələri iki pilləli kvadrat formalıdır. Üstlərində dairəvi balışvari hissə vardır. Sarayın portik hissəsində və böyük zalında da sütun altlıqları bu tipdədir(şək 4-5). Belə sütun altlıqları Əhəmənilər imperiyasının əsasını qoyan Şahanşah Kuruşun e.ə VI əsrdə Pasarqaddakı tikdirdiyi sarayının sütun altlıqları tipindədir. Zəngvari konelyurlu sütun altlıqları isə I Dara və Kserksin e.ə VI əsrin axrı V əsrin əvvəllərində Persopolda tikdirdiyi sarayın sütun altlıqları tipindədir.

Qurbantəpədə bu ilə qədər 6 daş sütun altlığı aşkar edilmişdir. Bu il isə onların sayı 18-ə çatmışdır. Çox maraqlıdır ki, Qaracəmirlidə aşkar etdiyimiz saray öz həcminə görə İmperiyanın mərkəzi şəhəri olan Persopolda I Dara və Kserksin tikdirdikləri saraydan böyükdür. Qaracəmirli sarayının şoxlu zallarlı, uzun koridorları və kiçik otaqları olmuşdur

Sarayın daş   sütun atlıqlarının üstünə qoyulan sütunların hamısı ağacdan olmuşdur. Sütunların üstündə görünür daş kapitellər qoyulmuşdur. Hələlik bu kapitellərin parçaları tapılmışdır. Giriş yerlərinin birində qapı üçün istifadə olunan ortasında oyuq olan dairəvi yastı daş aşkar olunmuşdur

   Qazıntılar zamanı əsasən e.ə. V-IV əsrlər üçün səciyyəvi olan müxtəlif gil qabların parçalarına rast gəlinmişdir

Məlum olduğu kimi, Əhəmənilər imperiyası Misir daxil olmaqla şimali-şərqi Afrikadan Hindistana, Hind okeanı və İran körfəzindən Böyük Qafqaz dağlarına qədər böyük ərazini əhatə edirdi. Hazırda bu böyük ərazidə onlarla dövlətlər yerləşir.

 

 

 

 

 

 

 

 

 

Heredot Əhəmənilər imperiyasının tərkibində 70-dən çox xalqların adlarını çəkmişdir. Əhəmənilər imperiyasının mədəniyyəti bu imperiyanın tərkibi­nə daxil olan bütün xalqların mədəniyyətlərinin bir çox xüsusiyyətlərini özündə əks etdirir. Əhəmənilər dövləti müəyyən dərəcədə Midiya dövlətinin varisidir. Yazılı mənbələr və arxeoloji materiallar əsasında demək olar ki, indiki Azərbaycan Respublikasının yerləşdiyi cənubi şərqi Qafqaz Midiya dövlətinin tərkibinə daxil idi. Midiya dövlətinin şimal sərhəddi bəzi tədqiqatçıların yazdığı kimi Araz çayı olmamışdır. Yazılı mənbələr və arxeoloji tədqiqatların təhlili göstərir ki, indiki Azərbaycan Respulikasının ərazisi də müəyyən mənada qədim Azərbaycan dövləti sayılan Midiyanın tərkibinə daxil idi.

2011-ci ildə Qaracəmirlidə qazıntılar zamanı Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Herbert Kvelle, Şəmkir rayonun icra başçısı Nazim Veyisov, AMEA Prezidentinin 1-ci Vitse prezidenti Arif Həşimov, AMEA Arxeologiya və Etnoqrafiya institutunun direktor müavini Nəcəf Müseyibli bizim qazıntı sahəmizə gələrək tədqiq etdiyimiz abidə ilə tanış olmuşlar.

Avqust ayının 20-də    Şəmkir rayonunda ekspedisiyamızın qazıntılarına həsr olunan konfrans keçirilmişdir. Konfransda rayon rəhbərliyi, yerli təşkilatların nümayəndələri, məktəb direktorları, tarix müəllimləri iştirak etmişlər.

Şəmkir rayonunun Qaracəmirli kəndində aşkar edilən bu abidə təkcə Azərbaycanın deyil, bütün Qafqaz, Yaxın və Orta Şərqin tarixini öyrənmək üçün misilsiz elmi əhəmiyyətə malikdir. Bu abidənin öyrənilməsini başa çatdırmaq, mühafizə edərək turizm obyektinə çevirmək zəruridir.

Azərbaycan ərazisində yerləşən abidələr xalqımıza məxsusdur. Biz onları öyrənməli və qorumalıyıq. 

     И.А.Бабаев, Ю.Гагошидзе, Ф.Кнаусс, А.Балахванцев,
Э.А.Искендеров, Н.Алышов, Ф.Гутшке, М.Гутте,
Г.Вистен-Лейдервальд, К.Гентəш, Дж.Шовейтз
ОБ ИССЛЕДОВАНИЯХ МЕЖДУНАРОДНОЙ                                                                                                ШАМКИР-ГАРАДЖАМИРЛИНСКОЙ
АРХЕОЛОГИЧЕСКОЙ ЭКСПЕДИЦИИ
РЕЗЮМЕ

В 2011 г. археологами Азербайджана, Германии, Грузии и России были продолжены раскопки двор­цового здания V-IV вв. до н.э. на холме Гурбантепе, вблизи села Гараджамирли Шамкирского района.

Экспедиция еще в 2006-2007 гг. раскопками на Идеалтепе выявила остатки здания V-IV вв. до н.э. и установила, что это здание было проплеей другого, более значительного здания, остатки которого должны находиться на холме Гурбантепе на расстоянии около 240 м. к западу. Разведочные раскопки, прове­денные в 2008 г. на Гурбантепе подтвердили это предположение о том, что здесь имеются остатки очень большого здания. В 2009-2010 гг. раскопками было установлено, что здесь находятся остатки дворца V-IV  вв. до н.э., возведенного из сырцового кирпичами квадратной формы, имеющего большие залы с колоннами, длинные коридоры и другие, относительно небольшие, помещения.

B 2011 г. здесь велись более обширные раскоп­ки. Выяснилось, что здание на восточной стороне имело портик шириной 8, длиной 25 м. Портик имел 12 колонн, расположенных двумя рядами по 6 колонн в каждом. За портиком имелся большой зал аудиенции 25 x27 м, обшей площадью 675 кв.м.

Пока раскопками расчищена небольшая часть портика и зала аудиенции.

Каменные базы колонн в этих частях и некоторых других залах дворца прямоугольные, с двух­ступенчатыми круглым торовидным валиком наверху.

Эти базы колонн по своим формам схожи на ба­зы колонн дворца первого царя Ахеменидского госу­дарства Кира в Пасаргадах.

При раскопках выявлены также длинные кори­доры, относительно небольшие залы с колоколовид­ными, коннелированными базами колонн типа баз колонн дворца Ксеркса в Персополе. Из этих залов полностью расчищен лишь один зал с 4 мя базами колонн этой формы.

Общая площадь зала составляет 121,8 кв. м. По сторонам зала расположены другие, пока частично очищенные залы. В одном из них выявлены четырех­угольные ступенчатые, в другом колоколовидные коннолированные базы колонн.

На Гурбантепе до сих пор обнаружено 18 каменных баз колонн. Но пока раскопана небольшая часть этого дворцового комплекса. Все колонны, поставленные на этих базах были деревянными.

При раскопках обнаружены обломки каменных капителей. Однако, по этим обломкам их форму установить трудно.

Пока в Гараджамирли раскопана не большая часть дворцового здания и установлено его приблизительное очертание.

Это здание, по всем параметрам, напоминает дворцы, построенные в столичных городах Ахаменидской империи в Пасаргадах и Персополе. Удивительно, что размеры дворца в Гараджамирли больше дворца шаханшаха Ксеркса в Персополе. Находки, в основном, представлены обломками различных керамических сосудов, характерных для V-IV вв. до н.э.

Учитывая величину всего поселения, а также дворцового здания на Гурбантепе, можно предполагать, что здесь находилась сатрапская резиденция Ахаменидов на Южном Кавказе. Этот центр потерял свое значение и перестал существовать во время крушения Ахеменидской империи в результате похода Александра Македонского на Восток в 30-20-ые гг. IV в. до н.э.

Продолжение раскопок дворца в Гараджамирли представляет большое научное значение для изучения истории всего Кавказа, Ближнего и Среднего Востока.

I.A.Babayev, Yu.Gagoshidze, F.Knauss,    A.Balahvantsev, E.A.Iskenderov, N.A.Alyshov,    F.Gutshke, M.Gutte, G.Visten-Leydervald, K.Gentzsh, Dzh.Shoveytz

ABOUT THE RESEARCH OF INTERNATIONAL  SHAMKIR-GARADZHAMIRLI ARCHAEOLOGICAL EXPEDITION

SUMMARY

In 2011, archaeologists of Azerbaijan, Georgia, Germany and Russia have continued excavations in the palace building, V-IV centuries. BC on the Gurbantepe hill, near the village of Garadzhamirli, Shamkir region, Azerbaijan.

Expedition in 2006-2007 excavations on Idealtepe identified the remains of the building in-V-IV centuries BC and found that the building was propleya of another, more substantial buildings, the remains of which must be located on a hill Gurbantepe, located at a distance of about 240 m to the west. Exploratory excavations taken in 2008 confirmed this Gurbantepe and Confirm that there actually are the remains of a very large building.

In 2009-2010 excavations revealed that there are the remains of the palace in the V-IV-centuries BC built from mud bricks in the form of square, has large rooms with columns, long corridors and other relatively small space. In 2011, there was more extensive excavation. It was found that the building on the east side of the portico had a width of 8, length 25 m. Portico had 12 columns, arranged in two rows of six columns each. Over the portico is a large hall audience size 25 x 27 m, a total area of 675 square meters. Excavations cleared small part of the portico and hall audience.

The stone bases of columns in these parts, and some other rooms of the palace are rectangular, two- round toroidal roller top. The bases of columns in form are similar to the bases of columns of the first king of the Achaemenid palace of Cyrus in Pasargadae. Excavations also revealed the long corridors, the relatively small rooms with bell-shaped bases columns of type bases of columns in the palace of Xerxes in Persopole. One of these rooms completely cleared with four bases of columns that form. The total area of the hall is 121.8 square meters. On either side of this room are other, yet partially cleaned rooms. In one of the rooms there were revealed rectangular step, another bell-shaped bases of columns.

On Gurbantepe there were found 18 stone bases of columns. But so far excavated a small part of the palace complex. All columns set on these bases were wooden. Repeatedly during the excavations there were found fragments of stone capitals. But on these fragments of their shape is   difficult to establish.

In Garadzamirli a little part of the palace building is found and its approximate shape is set. This building in all its parameters like palaces built in the capital city Achaemenid Empire in Pasargadae and Persopole. It is surprising that the size of the palace in Garadzhamirli is bigger than the size of the palace of Xerxes shah in Persopole if not to take into account the latter’s harem.

The finds discovered during excavations in the ruins are mostly different ceramic vessels characteristic of V-IV centuries BC. Considering the size of the settlement, as well as the palace buildings on Gurban­tepe we can assume that here was the residence of the Achaemenids at Southern Caucasus. This center has lost its meaning and has ceased to exist during the fall of the Achaemenid Empire as a result of the campaign of Alexander the Great to the East in the 30-20th years IV BC. Continued excavation of the palace in Garadzhamirli is great scientific importance for the history of the Caucasus and the Middle East.

Mənbə: Azərbaycanda Arxeoloji tədqiqatlar – 2011, Azərbaycan Milli  Elmler Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı,” Xəzər Universiteti” nəşriyyatı,2012

Leave a Reply