“Atamın sağlığında…” kitabı işıq üzü görüb.  Kitabda Azərbaycanın görkəmli arxeoloqu, Azərbaycan MEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor  İlyas Babayevin (1935-2017) həyat və fəaliyyətinin bəzi məqamları əksini tapıb.

 

 

 

 

Kitaba mərhum alimin elmi-pedaqoji fəaliyyətinin əsas tarixləri haqqında bilgilər, həyat və fəaliyyəti haqqında oçerk, son illərdə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının “1905.az” saytına və “Xalq qəzeti”nə verdiyi müsahibələr,  “Regionun fəxri” proqramının mərhum alimə həsr edilmiş buraxılışının stenoqramı, həmkarı və dostu Şahin Fazilin “Qazıntılar” şeiri, eləcə də müxtəlif vaxtlarda çəkilmiş fotoları daxil edilib. Kitabın tərtibçisi siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayevdir.

 

Kitab mərhum alimin elmi-redaksiya şurasının rəhbəri olduğu “1905.az” portalının nəzdindəki studiyada çapa hazırlanıb.

 

 

Kitabın elektron variantını buradan yükləyə bilərsiniz

Leave a Reply