2009-cu ildə Qəbələ arxeoloji ekspedisiyası 2 ay – iyun ayının 1-dən iyul ayının 31-nə qədər Qəbələ şəhərinin xarabalıqlarında arxeoloji qazıntı işlərini davam etdirmişdir.
Son illərdə olduğu kimi bu ildə ekspedisiyanın qazıntı işlərini aparan fəhlələrin əmək haqqını SEBA (Seul-Bakı)-Azərbaycan-Koreya Mədəniyyət Müba­diləsi Assosiasiyası, ekspedisiyanın elmi işçilərinin ezamiyə xərclərini isə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ödəmişdir.
Hesabat ilində Cənubi Koreyanın bir böyük qrup (10 nəfər) arxeoloqları da ekspedisiyamıza qoşularaq Qəbələnin arxeoloji tədqiqi ilə məşğul olmuşdur.
Onların gələcəkdə də bir neçə il Qəbələnin arxeoloji qazıntılarında iştirak etmələri nəzərdə tutulur.
Ekspedisiyamızın bu ilki planında 2 sahədə: Qə­bələnin antik və orta əsrlər dövrü şəhər yerlərində qazıntı işlərini davam etdirmək nəzərdə tutulmuşdu.
Orta əsrlər dövrü şəhər yerinin Qala sahəsində tarix elmləri doktoru Qafar Cəbiyev keçən il başla­dığı qazıntı işlərini davam etdirmişdir.
Bu il ekspedisiyamızın qazıntı işlərinə qoşulan Koreya arxeoloqları Qəbələnin, əsasən ilk orta əsrlər dövrünü əhatə edən Səlbir sahəsində tədqiqat işlərinə başlamışlar.

Antik Qəbələ dəstəsi şəhərin antik dövrünə aid şəhər yerində 3-cü və 4-cü qazıntı sahələrində əsaslı qazıntı işlərini davam etdirməklə yanaşı qədim şəhərin ətrafında və Qəbələ rayonu ərazisində kəşfiy­yat işləri ilə məşğul olmuşdur.
3-cü qazıntı sahəsində əvvəlki illərdə aşkar edilən 2 ədəd unikal oval planlı geniş ərazini əhatə edən tikintilərin bu vaxta qədər təmizlənməyən hissələri­nin üstünü açmaqla yanaşı, sahənin alt təbəqəsində bəzi qalıqları keçən il aşkar edilən, ərzaq məhsulları saxlanan anbarın üstünün açılması davam etdirilmiş­dir. Burada keçən ilkin qazıntılar zamanı sıra ilə yarıyacan yerə basdırılan iri təsərrüfat küplərinin yerləri və qalıqları aşkar edilmişdir. Bu ilki qazıntılar zamanı daha 50-dən çox küpün qalıqları və onların yerləri aşkar edilmişdir. Hazırda onların ümumi sayı 90-a qədərdir. Lakin hələlik anbarın yerləşdiyi bütün sahə tam qazılmamışdır. Şübhəsiz anbarın bütün sahəsi aşkar edildikdə təsərrüfat küplərinin sayı da xeyli artacaqdır (şəkil 1).
Burada eramızdan əvvəl IV əsrdə böyük ərzaq anbarı yerləşmişdir. Eramızdan əvvəl III əsrin ortalarında bu anbar əhəmiyyətini itirmiş, o zaman salamat qalan küplər yenidən istifadə üçün götürülmüş, sınıq küplərin alt hissələri yerində saxlanmaqla sahə hamarlanaraq orada yeni binalar tikilmişdir.
Küplərin yanında döşəmədən tapılan gil qabların hissələri e.ə. IV-III əsrlər üçün səciyyəvidir (şəkil 2). Bu döşəmədən götürülən kömürün Cənubi Koreya­nın Seul Universitetində aparılan radiokarbon analizi də anbarın e.ə. III əsrin ortalarında fəaliyyətinin dayandığını təsdiq edir.
Bu anbarda taxıl və digər ərzaq məhsulları saxlanmışdır. Küpün içərisindən götürülən torpaq qalıqları analiz üçün Tbilisi şəhərinə professor, naleobotanik Eliso Kvavadzeyə göndərilmişdir. Onun apardığı analizlər göstərmişdir ki, bu iki küpün içərisində əvvəlcə çaxır, sonra isə, görünür onlarda çatlar əmələ gəldiyindən, qoz və fındıq saxlanmışdır. Qalıqların palinoloji analizləri göstərmişdir ki, o zaman Qəbələ­də bağçılıq, üzümçülük və taxılçılıq intensiv inkişaf etmiş, meşə bitkilərinin qalıqları və digər qalıqlar ətrafda meşələrin olmasını, peyin göbələkləri isə əhalinin heyvandarlıqla da məşğul olduğunu göstərir.
Eramızdan əvvəl IV əsrə aid belə böyük ərzaq anbarının qalıqlarının aşkar edilməsi Qəbələnin hələ o zaman böyük şəhər olmasını sübut edir. Ona görə də tapıntının böyük elmi əhəmiyyəti vardır. Bütün Qafqaz ərazisində antik dövrə aid bu böyüklükdə ərzaq anbarı qalıqları məlum deyildir.


3-cü qazıntı sahəsində bu il daha bir oval planlı böyük tikilinin qalıqları aşkar edilmişdir. Şərq-qərb istiqamətində uzanan bu oval tikintinin bütün qalıqla­rı hələlik tam izlənməmişdir. Bunun üçün qazıntı sahəsi xeyli genişləndirilməlidir. Bu oval tikili daha qədimə – eramızdan əvvəl III-II əsrlərə aid edilir. Qəbələdə aşkar edilən belə oval tikililərin analoqlan dünyanın digər ərazilərində məlum deyildir.
Görünür, bu binalarda dövlət əhəmiyyətli dini mərasimlər, mühüm məsələləri müzakirə etmək üçün yığıncaqlar keçirmiş, onlardan antik Yunanıstan və Romada olduğu kimi tamaşalar göstərmək üçün teatr binaları kimi istifadə etmişlər. Antik dünya şəhərlə­rində belə sahələr «temenos» və «aqora» adlanırdı. Antik Qəbələ şəhərində belə sahənin olması bütün Qafqaz üçün qeyri-adi hadisədir.
Qazıntılar zamanı tikinti qalıqlan ilə yanaşı əhali­nin məişəti ilə əlaqədar çoxsaylı tapıntılara təsadüf olunmuşdur. Belə tapıntılara 3-cü oval planlı tikintinin qalıqlan aşkar edilərkən daha çox rast gəlinmişdir.
Şərq-qərb istiqamətində uzanan bu tikintinin şimal yansında döşəmənin üstündə 15-25 sm. qalın­lığında kül təbəqəsi də aşkar edildi. Burada tapıntılar əsasən ellinizm dövrü üçün səciyyəvi olan müxtəlif gil qabların (cam, küpə, vaza, küp), küplərin ağzını örtmək üçün istifadə olunan yastı daş qapaqların parçaları və s. ibarətdir. Tapıntılann arasında istehsa­latla əlaqədar istifadə olunan, odun təsirindən çox yanan körük ucluğu hissələri də vardır.
Antik şəhər yerində əsaslı qazıntılar aparmaqla yanaşı şəhər yeri ətrafında antik şəhərin qəbristanlığının yerini aşkar etmək üçün kəşfiyyat işləri aparılmışdır. Əvvəlki illərdə şəhər yeri ətrafında bir neçə yerdə torpaq qəbirləri öyrənilmişdir. Lakin bu qəbirlər kiçik sahələrdə yerləşmişlər.
Antik şəhərin əsas qəbristanlığının yeri müəyyən­ləşdirilməmişdir. 2009-cu ildə şəhər yerinin şərqində yerləşən bir qədər hündür yaylanın üstündə 5 yerdə kiçik kəşfiyyat qazıntıları aparıldı. Lakin bu ərazidə qəbirlər aşkar edilmədi. Gələcəkdə şəhərin qəbristanlığının yerini müəyyənləşdirmək məqsədi ilə ətraf ərazilərin yoxlanması davam etdiriləcəkdir.
Ekspedisiya qazıntı işləri apararkən yaxınlıqda yerləşən Tola kəndinin sakini Məhərrəmov Hafiz öz kəndlərindən təxminən 1 km şimalda Tola ilə Sultan Nuxa kəndləri arasında yerləşən Uzuntala adlı yerdə su arxı çəkilərkən metal dəbilqə tapıldığı haqqında məlumat verdi. Bu dəbilqəni Azərbaycan Tarixi mu­zeyi üçün götürmüşük. Dəbilqə nazik mis təbəqədən düzəldilib. Bəzi hissələri qırılsa da onun tam forma­sını müəyyən etmək olur. Dəbilqə yuxarısında silind­rik boru olan qulaqlı papaq formasındadır (şəkil 4).
Eyni ilə belə bir dəbilqə 1965-ci ildə Ağsu rayonunun Nüydi kəndi yaxınlığında tapılmışdır. Dəbilqənin kənarlarında bir neçə yerdə cüt-cüt kiçik dairəvi deşiklər vardır. Yəqin ki, bu deşiklər onun içərisindəki qalın keçə astarı tikmək üçündür.
Dəbilqə tapılan yerdə iki kiçik sahədə qazıntı apa­raraq torpaq qəbirləri aşkar etdik. Qəbirlərdə meyitlər sağ böyrü üstə şərq-qərb istiqamətdə qoyulmuşdur. Tapıntılar əsasında dəbilqəni və aşkar etdiyimiz qəbir­ləri e.ə.II-I əsrlərə aid etmək olar (şəkil 5-6).
Vəndam kənd sakini Əliyev Səftar Rizvan oğlu­nun təsadüfi tapıntılarla əlaqədar göndərdiyi məktu­buna əsasən Vəndam kəndinə gedərək orada Vən­dam çayının sol sahilində çay sellərinin yaratdığı qayada aşkar edilən qəbirlərə baxılmışdır. Bu qəbir­lərin son orta əsrlər dövrünə aid müsəlman qəbirləri olduğu müəyyənləşdirilmişdir.


Qəbələdə 2009-cu ildə aşkar edilən tapıntılar, burada əvvəlki illərin tapıntıları kimi, Azərbaycanın qədim tarixini öyrənmək üçün misilsiz əhəmiyyətə malikdir. Yeri gəlmişkən, bu il qədim Qəbələ şəhəri­nin tədqiqi ilə məşğul olan ekspedisiyanın 50 ili tamam oldu. Bu ekspedisiya 1959-cu ildə Azər­baycanın ilk arxeoloqlarından biri olan Saleh Qazıyevin rəhbərliyi ilə fəaliyyətə başlamışdır. Bu sətirlə­rin müəllifi isə ilk gündən Qəbələ arxeoloji ekspedi­siyasının iştirakçısıdır.
Qəbələ qazıntıları nəticəsində məlum olmuşdur ki, bu şəhər 2400 il bundan əvvəl yaranmış XVIII əsrə qədər mövcud olmuşdur.
Şəhər yarandığı gündən eramızın V əsrinin ortalarına qədər 800 ilə yaxın respublikamızın ərazisində yaranan ilk müstəqil dövlət olan Albaniyanın paytaxtı, sonrakı dövrdə isə Azərbaycanın mühüm inzibati, iqtisadi və mədəni əyalət şəhərlərindən biri olmuşdur. Qəbələ qazıntıları haqqında dünyanın müxtəlif şəhərlərində çoxsaylı məqalələr nəşr olun­muş, beynəlxalq elmi konfranslarda çoxlu məruzələr oxunmuş, tarix dərsliklərində, monoqrafik əsərlərdə geniş məlumatlar verilmişdir.
Qəbələdə qazıntılar davam etdiriləcəkdir.

Ильяс Бабаев
     ОБ АРХЕОЛОГИЧЕСКИХ ИССЛЕДОВАНИЯХ
ОТРЯДА АНТИЧНОЙ ГАБАЛЫ ГАБАЛИНСКОЙ
АРХЕОЛОГИЧЕСКОЙ ЭКСПЕДИЦИИ
РЕЗЮМЕ

В 2009 г. в растопочных работах экспедиции вмес­те с азербайджанскими археологами участвовала большая группа археологов из Южной Кореи.
Раскопки велись на античном городище (под руко­водством И.Бабаева), на средневековых городищах Гала (под руководством Г. Джабиева) и Сельбир (корейскими археологами).
Отряд по изучению античной Габалы продолжал раскопки на III и IV участках, где в предыдущие годы были выявлены остатки двух больших, овальных в плане, уникальных культово -зрелишных сооружений и других зданий. Эти сооружения датируются II в. до н.э. – I в. н.э. Здесь же, в 2008 г., в нижнем горизонте культурного слоя IV-III вв. до н.э., была выявлена часть складского помещения, где обнаружены, до половины зарытые в землю, более 30-и хозяйственных кувшинов.
Были продолжены раскопки складского поме­щения, где выявлены остатки более 60-и кувшинов. Площадь склада еще полностью не расчищена. Ныне общее количество кувшинов превышает 90. В этих хо­зяйственных кувшинах хранили вино, зерно, орехи и другие пищевые продукты, что подтверждается пали­нологическими анализами, проведенными главным научным сотрудником Института палеобиологии Национального Музея Грузии профессором Элисо Квавадзе.
В 2009 году были выявлены остатки нового, треть­его, овального в плане, сооружения. Это сооружение расположено рядом с предыдущими, но датируется более ранним периодом – III-II вв. до н.э.
Раскопки подтверждают, что Габала уже в IV в. до н.э. была большим городом. Примерно в 5-и км к северу от античного городи­ща, при проведении оросительного канала, была случайно обнаружена грунтовая могила II-I вв. до н.э., среди погребального инвентаря которой имеется бронзовый шлем. На этом месте в результате раскопок обнаружены и другие погребения того времени, в которых имелись керамические сосуды и предметы украшения.
Отряд занимался также разведочными работами с целью выявления могильника античного города.

 

                                                                  Ilyas Babayev
ABOUT ARCHAEOLOGICAL STUDIES ВY ANTIC
GABALA DIVISION OF THE GABALA
ARCHAEOLOGICAL EXPEDITION
SUMMARY

In 2009, like in previous year, the expedition`s excavation costs were covered by SEBA Seoul-Baku (the Azerbaijani-Korean Cultural Exchange Association), and travel allowances to the expedition’s scientific employees were paid by the Institute of Archeology and Ethnography of the National Academy of Sciences of Azerbaijan.
A large group of archeologists from South Korea partook in the 2009 excavation works together with Azeri archeologists.
The excavations were carried out in the areas of an antic town and of medieval towns Gala (under the lead of G. Jabiyev) and Selbir (by Korean archeologists).
The Antic Gabala Division continued excavations at sections #3 and #4 where in previous years there were unearthed remnants of two big oval unique cult constructions and other buildings. These constructions date the period of the 2nd century BC-1st century AD. Here, in 2008, in the lower horizon of a cultural layer dated the 4th-3rd centuries AD, there was discovered part of a storehouse where more than 30 jugs were dug earth by half.
This year, there continued excavations of a storehouse where there were unearthed remnants of more jugs. The number of discovered jugs now exceeds 90. Jugs continue to be unearthed. The storehouse’s area is not cleaned fully yet. People stored wine, grains, nuts and other foods in these jugs; this is also confirmed by palynological analyses carried out by Professor Eliso Kvavadze, Senior Scholar Employee of the Institute of Paleolithic Biology of the National Museum of Georgia.
This year, there were unearthed remnants of another, third oval construction. This construction is situated near to the previous ones but dates back to an earlier (the 3rd-the 2nd centuries BC).
The excavations confirm that Gabala was a big town yet in the 4th century.
Some 5 kilometers north of the antic town, in the area of an irrigation canal, there was occasionally discovered an earth burial dated back to the 2nd-1st centuries BC, with a bronze helmet unearthed among the burial’s things. Excavations at this place unearthed other burials back to the same period containing ceramic utensils and decorations.
The Division also carried out exploration works in order to discover the burial place of the antic town; however, the works have not been a success yet.
There were examined territory’s areas where there had occasionally been discovered different arched items.

Mənbə: Azərbaycanda Arxeoloji tədqiqatlar-2009, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı “ Xəzər Universiteti” nəşriyyatı ,2010

Leave a Reply