Şəmkir rayonunda, Qaracəmirli kəndi yaxınlığında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İlyas Babayevin rəhbərliyi ilə beynəlxalq ekspedisiya 10 ildən artıqdır ki, arxeoloji qazıntı işləri aparır. Qazıntının son nəticələri, tapılan unikal tikili haqqında İlyas Babayevlə söhbətləşdik: – Bu abidədə arxeoloji qazıntılar 2006-cı ildən aparılır. Herodot yazırdı ki, Misir daxil olmaqla Şimal-Şərqi Afrikadan Hindistana, Hind okeanı…