İş adamı

Atamla bağlı xatirələrim azdı… Əslində belə olmamalıydı. Atam 2017-ci ilin 27 dekabrında dünyasını dəyişdi. Mənim 47 yaşıma təqribən 3 ay qalırdı. Və demək mənim ömrünün 46 ili və az qala 9 ayı atamın həyatda olduğu dünyada yaşanıb. Amma xatirələrim azdı…

89-cu ilin yayında

1989-cu ilin yayında birinci kursu başa vurub gəldim Bakıya və üstündən bir müddət keçəndən sonra atamla birlikdə Daşkəsənə getdik. Daşkəsənin Xaçbulağını təzəlikcə Xoşbulaq eləmişdilər və bu kəndin yaxınlığında kurqanlarda rəhmətlik Hətəm müəllimin rəhbərliyi ilə arxeoloqlar qazıntı aparırdılar. Biz də elə həmin ekspedisiyanın qonağı idik.

İLYAS BABAYEV (1935-2017)

Ötən ilin dekabrında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix üzrə elmlər doktoru, professor İlyas Babayev dünyasını dəyişdi.   Vəfatından bir neçə həftə əvvəl alimin “1905.az kitabı” seriyasından “Numizmatika haqqında məqalələr toplusu” kitabı işıq üzü görmüşdü. Bu kitaba İlyas Babayevin Azərbaycan ərazisində aşkar edilmiş antik dövrə dair pullara həsr olunmuş məqalələri daxil edilib. Həmin tapıntılar sübut edir…

“Ermənilər Cənubi Qafqazda (məskunlaşma tarixindən)”

1905.az portalının “Diskussiya klubu”nda Aqil Şahmuradovun müəllifliyi ilə çıxan “Ermənilər Cənubi Qafqazda (məskunlaşma tarixindən)” kitabını müzakirə etdik. Müzakirələrə Azərbaycan MEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Babayev, tarix üzrə fəlsəfə doktoru, dosent Aqil Şahmuradov, tarix üzrə fəlsəfə doktoru Qorxmaz Mustafayev, tarix üzrə fəlsəfə doktoru Namiq Əsədov, tarix üzrə fəlsəfə doktoru Namiq Kərimov, tarix üzrə…

Yaddaşlarda izi qalan tarixçi alim

Maral POLADOVA  AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi nəşrlər və proqnozlaşdırma şöbəsinin baş mütəxəssisi AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Babayev 82 il öncə Azərbaycanın dilbər guşələrindən birində – Quba rayonunun Xanagah kəndində, çox sadə və zəhmətkeş bir ailədə dünyaya göz açmışdı. Uşaqlığı Böyük Vətən müharibəsi illərinə təsadüf etdiyindən, bir çox məhrumiyyətlərə sinə…

Böyük itki

Maddi mənbəələr əsasında bəşəriyyətin tarixi keçmişini öyrənməkdə, qədim əmək alətləri, insan məskənləri,qəbirlər, qaya təsvirləri, silahlar, istehkamlar və s. maddi mədəniyyət qalıqlarının tədqiqi ilə 58 ildən çox məşğul olan AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Atababa oğlu Babayev 82 yaşında dünyasını dəyişdi. Bu da Azərbaycan elminin arxeologiya sahəsində böyük itkiyə səbəb oldu. Babayev İlyas…

ÖLÜMÜNƏ HEYFSLƏNDİYİM ALİM

(Böyük ehtiramla andığım, ölüm xəbərindən sarsıldığım mərhum arxeoloq alim, professor İlyas Babayevin ruhuna ithaf olunur)       Professor İlyas Babayevlə şəxsi tanışlığım 2008-ci ildən başlayıb. Qəbələdə aparılan qazıntılara rəhbərlik etdiyini bilirdim. Müəllifi olduğum Qəbələnin tarixi və müasir görkəmi ilə bağlı “Azərbaycanın İsveçrəsi” adlı kitabda arxeoloji qazıntıların nəticələrinə də toxunmuşdum. Həmin kitabı İlyas müəllimə təqdim…

Tarixçi-arxeoloq-numizmat alim İlyas Babayev

Düz 40 il əvvəl – 1978-ci ilin payızı idi. Ali təhsilimi başa vurub, arxeoloq olmaq arzusu ilə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun tərkibində fəaliyyət göstərən Arxeologiya və Etnoqrafiya Sektoruna gəlmişdim. Arxeologiya elminə marağım sonsuz idi. Hələ tələbə ikən, 1976-cı ildən arxeoloq Vəli Əliyevin rəhbərliyi ilə aparılan II Kültəpə qazıntılarında iştirak edirdim. Elə məni akademiyaya gətirən,…