OXUMAQ HƏVƏSİ

Atamın yazılarını, şəkillərini bir araya gətirmək üçün sayt yaratmaq barədə düşünürdüm. Və bu sayt əslində onun sağlığında yaradılmalı idi. Qismət olmadı. Ilyas-babayev.az saytı atam dünyasını dəyişdikdən bir neçə ay sonra yarandı. Və saytın ilk bölümlərindən biri xatirələrin ixtiyarına verildi. Daha bir neçə ay keçdikdən sonra böyük qardaşım Faiqlə məsləhətləşib bu saytın adından təqaüd təsis etmək…

İş adamı

Atamla bağlı xatirələrim azdı… Əslində belə olmamalıydı. Atam 2017-ci ilin 27 dekabrında dünyasını dəyişdi. Mənim 47 yaşıma təqribən 3 ay qalırdı. Və demək mənim ömrünün 46 ili və az qala 9 ayı atamın həyatda olduğu dünyada yaşanıb. Amma xatirələrim azdı…

89-cu ilin yayında

1989-cu ilin yayında birinci kursu başa vurub gəldim Bakıya və üstündən bir müddət keçəndən sonra atamla birlikdə Daşkəsənə getdik. Daşkəsənin Xaçbulağını təzəlikcə Xoşbulaq eləmişdilər və bu kəndin yaxınlığında kurqanlarda rəhmətlik Hətəm müəllimin rəhbərliyi ilə arxeoloqlar qazıntı aparırdılar. Biz də elə həmin ekspedisiyanın qonağı idik.