İ.Babayev 1935-ci ildə Quba rayonunun Xanəgah kəndində anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra, SSRİ Elmlər Akademiyası Arxeologiya İnstitutunun Leninqrad bölməsinin aspiranturasında oxuyub. 1965-ci ildə “Azərbaycanın antik və ilk orta əsrlər dövrü qliptika abidələri” mövzusunda namizədlik, 1983-cü ildə isə “Qafqaz Albaniyasının şəhərləri (e.ə. IV – b.e. III əsrlərində)” mövzusunda…
“Atamın sağlığında…” kitabı işıq üzü görüb. Kitabda Azərbaycanın görkəmli arxeoloqu, Azərbaycan MEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Babayevin (1935-2017) həyat və fəaliyyətinin bəzi məqamları əksini tapıb. Kitaba mərhum alimin elmi-pedaqoji fəaliyyətinin əsas tarixləri haqqında bilgilər, həyat və fəaliyyəti haqqında oçerk, son illərdə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının “1905.az”…
Oktyabrın 21-də SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Qəbələ Arxeologiyası” mövzusunda beynəlxalq elmi seminar keçirilib. AZƏRTAC xəbər verir ki, Qəbələ Arxeoloji Mərkəzində təşkil olunan seminar iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub. Beynəlxalq elmi seminarın açılış mərasimində Koreya…
1905.az portalının “Diskussiya klubu”nda Aqil Şahmuradovun müəllifliyi ilə çıxan “Ermənilər Cənubi Qafqazda (məskunlaşma tarixindən)” kitabını müzakirə etdik. Müzakirələrə Azərbaycan MEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Babayev, tarix üzrə fəlsəfə doktoru, dosent Aqil Şahmuradov, tarix üzrə fəlsəfə doktoru Qorxmaz Mustafayev, tarix üzrə fəlsəfə doktoru Namiq Əsədov, tarix üzrə fəlsəfə doktoru Namiq Kərimov, tarix…
Şəmkir rayonunda, Qaracəmirli kəndi yaxınlığında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İlyas Babayevin rəhbərliyi ilə beynəlxalq ekspedisiya 10 ildən artıqdır ki, arxeoloji qazıntı işləri aparır. Qazıntının son nəticələri, tapılan unikal tikili haqqında İlyas Babayevlə söhbətləşdik: – Bu abidədə arxeoloji qazıntılar 2006-cı ildən aparılır. Herodot yazırdı ki, Misir daxil olmaqla Şimal-Şərqi Afrikadan Hindistana, Hind okeanı…