OXUMAQ HƏVƏSİ

Atamın yazılarını, şəkillərini bir araya gətirmək üçün sayt yaratmaq barədə düşünürdüm. Və bu sayt əslində onun sağlığında yaradılmalı idi. Qismət olmadı. Ilyas-babayev.az saytı atam dünyasını dəyişdikdən bir neçə ay sonra yarandı. Və saytın ilk bölümlərindən biri xatirələrin ixtiyarına verildi. Daha bir neçə ay keçdikdən sonra böyük qardaşım Faiqlə məsləhətləşib bu saytın adından təqaüd təsis etmək…