O, mənim üçün ideal bir insan idi

Adicə bir kənd uşağı idim. Ağlım kəsəndən sonra bilirdim ki,mənim bircə İlyas dayım var və o alimdir. Hər şeydən əvvəl o,olduqca gözəl xasiyyətli kristal bir insan idi.O,həmişə kəndə gələndə başına yığışardıq,onunla şirin-şirin söhbətlər edərdik. O,bizə məşqul olduğu elm sahəsindən – tarix elmindən, Çuxur Qəbələ kəndində apardığı qazıntı işlərindən, qədim Albaniya dövlətindən, keçmiş SSRİ-nin Leninqrad (indiki…

Sadə insan, səmimi dost, böyük alim

Azərbaycan arxeoloqlarının ağsaqqalı, sadə, səmimi və çalışqan insan olan İlyas Babayev artıq bir ilə yaxındır ki, aramızda yoxdur. Hər zaman böyüklə böyük, kiçiklə kiçik olmağı bacaran bu xoşxasiyyət insanın dostluqda, yoldaşlıqda tayı-bərabəri yox idi. Hər dəfə komanda halında səfərlərdə, elmi ezamiyyətlərdə, xüsusən də arxeoloji qazıntılarda olarkən işin ən ağırını öz üzərinə götürərdi.Səhərlər hamıdan, hətta aspirantlarından…

İş adamı

Atamla bağlı xatirələrim azdı… Əslində belə olmamalıydı. Atam 2017-ci ilin 27 dekabrında dünyasını dəyişdi. Mənim 47 yaşıma təqribən 3 ay qalırdı. Və demək mənim ömrünün 46 ili və az qala 9 ayı atamın həyatda olduğu dünyada yaşanıb. Amma xatirələrim azdı…

89-cu ilin yayında

1989-cu ilin yayında birinci kursu başa vurub gəldim Bakıya və üstündən bir müddət keçəndən sonra atamla birlikdə Daşkəsənə getdik. Daşkəsənin Xaçbulağını təzəlikcə Xoşbulaq eləmişdilər və bu kəndin yaxınlığında kurqanlarda rəhmətlik Hətəm müəllimin rəhbərliyi ilə arxeoloqlar qazıntı aparırdılar. Biz də elə həmin ekspedisiyanın qonağı idik.