İlyas Babayev haqqında

İlyas Babayev haqqında, gözəl insan, vətəndaş, alim, çox peşəkar arxeoloq, dost haqqında yazmaq asan deyil. Biz uzun illər dost olmuşuq. Mən onunla ilk dəfə 1960-cı ildə, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində tanış olmuşam. Bizi komsomol dostluğu birləşdirirdi. O yuxarı kursda oxuduğuna görə, rus bölməsinin birinci kursunda, bizim qrupun kuratoru idi. İlyas Babayev yaxşı təsir bağışlayırdı. …

Professor İlyas Babayev haqqında düşüncələrim

Bu xatirənin yazılmasının maraqlı bir tarixçəsi var. Saytların birində İlyas müəllimin dəfn olunduğu kənddə keçirilmiş anım mərasimini əks etdirən bir şəkil qoyulmuşdu. Heç demə, Quba rayonunun Xanəgah kənd ümumi məktəbinin bir əlaçı şagirdinə alimin ömür yolundan bəhs edən saytın təsis etdiyi “İlyas Babayev təqaüdü” təqdim edilibmiş. Həmin mərasimdə iştirak edənlərin əksəriyyətini tanıyırdım. Öz-özümə dedim:  “Axı…

Qədim  tarixə və arxeologiyaya münasibət mədəniyyətini yaratmış alim

Professor İlyas Babayev öz dövrünün aparıcı alimlərindən biri idi. Leninqrad (Sankt-Peterburq) aspiranturasında aldığı təhsil gənc yaşlarından onun təbii alim bacarıqlarına ciddi təsir göstərmişdi. O öz müəllimləri ilə öyünürdü və tez-tez İqor Mixayloviç Dyakonovun adını çəkirdi. İlyas Babayev nəhəng erudisiyası və qədim yunan dilini bilməsi ilə seçilirdi. Bu dili o hələ aspirant olanda öyrənmişdi. Belə peşəkarlıq…

O, mənim üçün ideal bir insan idi

Adicə bir kənd uşağı idim. Ağlım kəsəndən sonra bilirdim ki,mənim bircə İlyas dayım var və o alimdir. Hər şeydən əvvəl o,olduqca gözəl xasiyyətli kristal bir insan idi.O,həmişə kəndə gələndə başına yığışardıq,onunla şirin-şirin söhbətlər edərdik. O,bizə məşqul olduğu elm sahəsindən – tarix elmindən, Çuxur Qəbələ kəndində apardığı qazıntı işlərindən, qədim Albaniya dövlətindən, keçmiş SSRİ-nin Leninqrad (indiki…

Şahin Fazil – QƏZƏL

Dünən İlyas dostumuz vəfat etdi. Bu gün onun dəfninə gedərkən maşında bu şeiri yazdım.     Sevdiyi dünyasını tərk etdi İlyas dostumuz, Qəlbimizdə qalsa da, ah, getdi İlyas dostumuz.   Bisəbəb bir kimsə dünya mülkünə gəlməz qəti, Yoxdu şəkk, Allahdan dəvətdi, İlyas dostumuz!   Çox-çox illər qazdı torpaq, açdı torpaq sirrini, Qazdığı hər torpağa şöhrətdi…

SƏMİMİ İNSAN, GÖRKƏMLİ ALİM: ARXEOLOQ İLYAS BABAYEV HAQQINDA XATİRƏ SƏHİFƏLƏRİ

Tarix Dostiyev  Son günlər Azərbaycanın ticarət əlaqələri mövzusu üzrə araşdırma apararkən arxeoloq İlyas Babayevin Mingəçevirdən tapılmış bullaya həsr olunmuş, yarım əsr bundan əvvəl aspirant məqalələri külliyyatında çap olunmuş məqaləsi ilə tanış oldum (1). Həmin məqalədə 1949-cu ildə Mingəçevirin 3 saylı yaşayış yerində V-VIII əsrlərə aid mədəni təbəqədən tapılan, üzərində 12 möhürün əksi qalmış, 4 x…

Sadə insan, səmimi dost, böyük alim

Azərbaycan arxeoloqlarının ağsaqqalı, sadə, səmimi və çalışqan insan olan İlyas Babayev artıq bir ilə yaxındır ki, aramızda yoxdur. Hər zaman böyüklə böyük, kiçiklə kiçik olmağı bacaran bu xoşxasiyyət insanın dostluqda, yoldaşlıqda tayı-bərabəri yox idi. Hər dəfə komanda halında səfərlərdə, elmi ezamiyyətlərdə, xüsusən də arxeoloji qazıntılarda olarkən işin ən ağırını öz üzərinə götürərdi.Səhərlər hamıdan, hətta aspirantlarından…

Yaddaşlarda izi qalan tarixçi alim

Maral POLADOVA  AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi nəşrlər və proqnozlaşdırma şöbəsinin baş mütəxəssisi AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Babayev 82 il öncə Azərbaycanın dilbər guşələrindən birində – Quba rayonunun Xanagah kəndində, çox sadə və zəhmətkeş bir ailədə dünyaya göz açmışdı. Uşaqlığı Böyük Vətən müharibəsi illərinə təsadüf etdiyindən, bir çox məhrumiyyətlərə sinə…

Böyük itki

Maddi mənbəələr əsasında bəşəriyyətin tarixi keçmişini öyrənməkdə, qədim əmək alətləri, insan məskənləri,qəbirlər, qaya təsvirləri, silahlar, istehkamlar və s. maddi mədəniyyət qalıqlarının tədqiqi ilə 58 ildən çox məşğul olan AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Atababa oğlu Babayev 82 yaşında dünyasını dəyişdi. Bu da Azərbaycan elminin arxeologiya sahəsində böyük itkiyə səbəb oldu. Babayev İlyas…