QUBA RAYONUNUN XANƏGAH KƏNDİNDƏKİ ARXEOLOJİ ABİDƏLƏR
Azərbaycanın müxtəlif rayonlarında Xanəgah adlı bir neçə kənd vardır. Onların hamısı orta əsrlər dövrünə aid olub müsəlmanlığın sufi cərəyanın müqəddəslərinin iqamətgahları və türbələri ətrafında yaranmış, yarandıqları vaxtdan da ziyarətgahlara çevrilmişlər. Xanəgah adlı belə kəndlərin biri də Quba rayon mərkəzindən 24-27 km Cənubi-qərbdə Çağacuq çayı üstündə iki dağ yamacı arasında yerləşir. Bu kənd iki hissədən: Yuxarı…
Babam İlyas Babayevin xatirəsinə
18 yaşıma kimi hər ad günümü təbrik edən, məni elmə aşiq edən və yönləndirən, azadlığın nə olduğunu və nə qədər müqəddəs olduğunu başa salan, öyrədən, getdiyi hər ölkədən mənə hədiyyələr alan, hər fürsətdə mənə açıqca yazan, həyatımla maraqlanan, məni heç bir şübhə olmadan, istər uğurlu olum, istər uğursuz olum, sevən insan idi.
İlyas müəllimin əziz xatirəsinə
İlyas müəllimin kitaba, elmə olan marağı, məhəbbəti doğulub boya-başa çatdığı Xanəgah kənd sakinlərinin heç gözündən yayınmamışdır. Belə ki, mənə rəhmətlik atam danışardı: “Mən cüt öküzlərlə meşədən odun gətirərkən az qala İlyas müəllimə xəsarət yetirmiş olacaqdım, çünki İlyas müəllim kitabı maraqla və diqqətlə oxuduğundan kənardan gələn təhlükəni duymamışdı”. Atamın mənə həmişə tövsiyəsi o idi ki, oxuyarkən…
İlyas Babayev, İlyas müəllim!
Bu ad mənim üçün o qədər doğmadır ki,… Böyük İnsan, Tanınmış Arxeoloq, Alim… İlyas müəllimi yaxından tanıyanlar, ağla qaranı yaxşı seçənlər, bu Böyük İnsanın kim olmasını yaxşı bilərlər…
Elmin zirvəsində: İlyas Babayev
Ömrünün çox hissəsini elmə qurban verən AMEA-nın müxbir üzvü İlyas Babayev haqqında zamanla yoldaş olub uzun-uzadı söhbət etmək olar. Sözün həqiqi mənasında arxeologiya elminin sirlərinə bələd olan, bütün fəaliyyətini Azərbaycan arxeologiyasının inkişafına və qaranlıq məsələlərinə aydınlıq gətirilməsinə həsr edən fenomenal bir şəxsiyyət. Eyni zamanda dərin biliyə və elmə malik bir alim kimi elm tarixinə möhür…
Təəccüblü dərəcədə sadə, təvazökar və mədəni insan
Uşaqlığımın ən böyük arzusu həyata keçmişdi. Ali məktəbə qəbul olmuşdum. Dərs cədvəlinə əsasən ilk dərs “Qədim dünya tarixi” fənnindən mühazirə idi. Mühazirəçi kimi isə “prof. İlyas Babayev” qeyd edilmişdi. Orta məktəbə qədəm qoyduğumuz ilk gün, ilk müəllimimiz necə yadda qalırsa, unudulmursa, ali məktəbdəki ilk gün və ilk müəllim də ömrünə tələbəlik kimi yaddaqalan, əsrarəngiz günlər…
Xeyirxah məsləhətçi
Deyirlər ki, bu dünya bir pəncərədir. Hər birimiz ona doyunca baxır sonra isə çıxıb gedirik, ya razı, ya da narazı… Amma həyatda elə insanlar var ki, onlar bu pəncərədən sadəcə baxıb getməyiblər. Özlərindən sonra silinməz izlər qoyublar, xeyirxah əməl sahibi, böyük məsləhətçi olublar . Belə insanlar xatirələrdə daim yaşayırlar.
İlyas Babayevi xatırlayarkən
Mənim İlyas Babayev adlı arxeoloqla ilk tanışlığım qiyabi şəkildə, rusiyalı mütəxəssislərin onun haqqında danışması zamanı baş vermişdir. Bakıya qayıdaraq başqa bir tarixi məsələnin öyrənilməsinə başlayarkən mənim elmi məsləhətçim-akademik İqrar Əliyev-Roma mənşəli tapıntılarla bağlı professor İlyas Babayevlə danışmağı mənə məsləhət gördü.
İlyas Babayev haqqında
İlyas Babayev haqqında, gözəl insan, vətəndaş, alim, çox peşəkar arxeoloq, dost haqqında yazmaq asan deyil. Biz uzun illər dost olmuşuq. Mən onunla ilk dəfə 1960-cı ildə, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində tanış olmuşam. Bizi komsomol dostluğu birləşdirirdi. O yuxarı kursda oxuduğuna görə, rus bölməsinin birinci kursunda, bizim qrupun kuratoru idi. İlyas Babayev yaxşı təsir bağışlayırdı. …
Professor İlyas Babayev haqqında düşüncələrim
Bu xatirənin yazılmasının maraqlı bir tarixçəsi var. Saytların birində İlyas müəllimin dəfn olunduğu kənddə keçirilmiş anım mərasimini əks etdirən bir şəkil qoyulmuşdu. Heç demə, Quba rayonunun Xanəgah kənd ümumi məktəbinin bir əlaçı şagirdinə alimin ömür yolundan bəhs edən saytın təsis etdiyi “İlyas Babayev təqaüdü” təqdim edilibmiş. Həmin mərasimdə iştirak edənlərin əksəriyyətini tanıyırdım. Öz-özümə dedim: “Axı…